İRANIN “SƏHƏR” TELEKANALININ AZƏRBAYCANDA HƏBS EDİLƏN MÜXBİRİ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜ

İranın “Səhər” televiziyasının müxbiri Anar Bayramlı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu barədə “Mediaforum” xəbər saytı məlumat yayıb.

Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Binəqədi rayon məhkəməsi isə onun barəsində iki illik həbs qərarı çıxarıb.

Previous Post

“AZADXEBER.AZ” SAYTININ REDAKTORUNA QARŞI YENİ İTTİHAMIN İRƏLİ SÜRÜLƏCƏYİ GÖZLƏNİLİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.