“AZADXEBER.AZ” SAYTININ REDAKTORUNA QARŞI YENİ İTTİHAMIN İRƏLİ SÜRÜLƏCƏYİ GÖZLƏNİLİR

Sentyabrın 20-də “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqinə ifadə verib.  Baş redaktorun vəkili  Anar Qasımlı RATİ-yə müstəntiqin  Nicat Əliyevi ittiham olunduğu narkotik maddə ittihamı üzrə deyil, aidiyyəti olmayan məsələlər istiqamətində dindirdiyini bildirib.

“Ehtimal olunur ki, Nicata yeni, hansısa maddə ilə ittiham irəli sürüləcək. İki aya yaxındır ki,  baş redaktorun işinin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. Lakin bu müddət ərzində Nicatdan ilk dəfə idi ifadə alınırdı. Nicat Əliyev həbs olunarkən üzərində olan 900 manat pulu və avtomobili də  hələ  qaytarılmayıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi bildir ki, maşın hələ də Yasamal Rayon Polis İdarəsində saxlanır, amma onunla bağlı hər hansı sənədləşmə aparılmayıb. Eyni zamanda pul da qaytarılmayıb”, – deyə qeyd edən vəkil istintaq sirri olduğu üçün dindirilmənin detalları barədə məlumat verməyib.
Xatırladaq ki, 2012-ci may ayının  20-də axşam saat 19-20 radələrində İslam dini yönlü “azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev “Memar Əcəmi” metro stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı  Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində 2 ay müddətində  həbs qətimkan tədbiri seçilib. Hal-hazırda Nicat Əliyev Kürdəxanı təcridxanasında saxlanılır.
 

Previous Post

“XEBER44.COM” SAYTININ HƏBS EDİLMİŞ REDAKTORUNUN EVİNDƏ AXTARIŞ APARILIB

Next Post

İRANIN “SƏHƏR” TELEKANALININ AZƏRBAYCANDA HƏBS EDİLƏN MÜXBİRİ 14 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.