SƏYYAR QƏZET SATIŞI İLƏ MƏŞĞUL OLAN SAHİBKARLARA SÜNİ ƏNGƏLLƏR YARADILIR

Bu gün (12 mart ) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  mətbuat mərkəzində, təzyiqlərlə üzləşən bir qrup səyyar qəzet satışı ilə məşğul olan fərdi sahibkar Səbail Rayon İcra Hakimiyyətinin (İH) qəzet satışına yaratdığı süni əngəllərlə bağlı mətbuat konfransı keçirib.

Tədbiri giriş sözü ilə açan sahibkar Arif Əsgərov, 1995-ci ildən etibarən Səbail rayonu ərazisində qəzet və jurnalların səyyar satışı ilə məşğul olduqlarını və fiziki şəxs kimi vaxtı-vaxtında vergi və digər icbari ödəmələri yerinə yetirdiklərini bildirib. Lakin Sahib Ələkbərovun Səbail rayon İH-nin başçısı vəzifəsinə təyin olunduğu gündən etibarən mətbuatı boğmağa və qəzet satış nöqtələrini ləğv etməyə başladığını bildirən A. Ələsgərov, artıq 2 aydır işləmədiklərin və buna görə külli miqdarda maddi ziyana düşdüklərini də qeyd edib: “Təkcə onu deyə bilərəm ki, fərdi sahibkar kimi mənə 12000 AZN miqdarında maddi ziyan dəyib”.
Həmkarlarının da hər birinə 12000-15000 AZN miqdarında maddi ziyan dəydiyini bildirən A. Əsgərov, məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova,  şura sədrinin isə öz növbəsində bu müraciətə əsasən 20 iyul 2005-ci tarixində Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbova müraciət etdiyini qeyd edib. H. Abutalıbovun Bakı şəhəri İH-nin ticarət və xidmət departamentinin rəisi Ramiz Hacıyevə verdiyi göstərişə əsasən fəvvarələr meydanında və Nizami küçəsində yerləşən səyyar qəzet satışı nöqtələri bərpa edilib və qanuni olaraq sənədləşdirilib.
A. Əsgərov daha sonra bildirib ki, Səbail rayon İH-nin başçısı sahibkarlarla görüşündə heç bir satış nöqtəsinin ləğv edilmədiyini, sadəcə olaraq dislokasiya edildiyini bildirib. Lakin dislokasiya adı ilə üç səyyar satış məntəqəsinə verilmiş sənədlər ləğv edilib və həmin ərazilər başqa şəxslərə verilib.
Sonda A. Əsgərov və digər hüquqları pozulmuş sahibkarlar, Səbail rayon İH-nin başçısı S. Ələkbərovun onlara yaratdığı süni əngəllərə son qoymadığı təqdirdə Prezident aparatının qarşısında etiraz aksiyası keçirəcəklərini də bildirdilər.
Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,208/lang,az/  
Previous Post

SƏYYAR QƏZET SATIŞI İLƏ MƏŞĞUL OLAN SAHİBKARLARIN KEÇİRDİYİ TƏDBİR

Next Post

ƏLİ ƏKBƏRİN “ARTUŞ VƏ ZAUR” KİTABI SATIŞDAN YIĞIŞDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.