ASİF MƏRZİLİ VƏ “TƏZADLAR” QƏZETİ MƏTBUAT ŞURASINDAN TƏZMİNAT İSTƏYİR

Bu gün (22 sentyabr)  Bakı Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Azərbaycan Mətbuat Şurasına  (MŞ) qarşı iddiası üzrə Nəsimi rayon Məhkəməsinin  çıxardığı 30 mart 2010-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə məhkəmənin  hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı  “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və vəkili Əlirza Həbilov iştirak etsələr də cavabdeh tərəfdən heç kim prosesə qatılmayıb.
İddiaçının vəkili Ə. Həbilov cavabdeh tərəfin prosesdə iştirakının vacib olduğunu bildirdi  və hakimdən prosesi təxirə salmağı xahiş etdi.
Hakim prosesi 6 oktyabr saat 15:20-ə təyin etdi.
Qeyd edək ki, məhkəmə prosesində video və foto çəkilişə icazə verilməyib.
Xatırladaq ki, “Təzadlar” qəzeti 2009-cu il sentyabr ayının 16-dan Mətbuat Şurası tərəfindən “reket nəşr” hesab olunaraq  “qara siyahıya” daxil edib. Asif Mərzili bu məsələni şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək şəxsən öz adından və hüquqi şəxs qismində “Təzadlar” qəzeti adından Mətbuat Şurasına qarşı dəymiş mənəvi ziyana görə təzminat ödənilməsi tələbi ilə iddia qaldırıb. Amma Nəsimi rayon Məhkəməsi bu  iddianı rədd edib.
“Təzadlar” qəzeti 1993-cü il 14 aprel tarixindən çıxır. Əvvəl həftəlik qəzet kimi çıxsa da, 2008-ci ildən gündəlik qəzet kimi çıxır.
 Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,627/id,6119/lang,az/

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 21.09.2010

Next Post

TƏHSİL EKSPERTİNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.