TƏHSİL EKSPERTİNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə təhsil üzrə ekspert Əlövsət Osmanlının  apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Təhsil Problemləri İnstitutunun  nümayəndəsi yazılmış məqalənin İnstitutun işgüzar nüfuzuna ziyan vurduğunu bildirdi və qarşı tərəfin apellyasiya şikayətinin əsassız olduğunu bildirdi.
Əlövsət Osmanlının vəkili İsaxan Aşurov isə Əlövsət Osmanlının əsas tələbinin qətnamənin yalnız iddianın təmin edilmiş hissəsinin  ləğv edilməsi və ilk məhkəmə instansiyası tərəfindən  Avropa Konvensiyasının 6 və  10-cu maddələrinin pozuntusu faktının tanınmasını xahiş etməkdən ibarət olduğunu bildirdi.
Təhsil üzrə ekspert Əlövsət Osmanlı bildirdi ki, o yalnız tənqidi məqalə yazıb və  heç kimə böhtan atmayıb.
 Hakim tərəflərə barışıq sazişi təklif etdi və  tərəflərə öz aralarında razılığa gəlmək üçün vaxt verdi.
Buna görə də  hakim prosesi 27 sentyabr saat 16:15 -ə təyin etdi.
Qeyd edək ki, Nəsimi rayon məhkəməsi 2 iyun tarixli qərarı ilə Təhsil Problemləri İnstitutunun iddiası   qismən təmin edilmişdi. Cavabdehin “Azadlıq” qəzetinin növbəti sayında təkzib verilərək üzr istəməsi təmin edilsə də,  iddiaçının 50 000 manat mənəvi təzminat tələbi təmin edilməmişdi.
Xatırladaq ki, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov “Azadlıq” qəzetinin 2 fevral 2010-cu il tarixli sayında gedən “Mərdanovun qaragüruhçuları” adlı məqalədə özünün işgüzar nüfuzuna xələl gətirən fikirlər olduğunu bildirərək, cavabdehin təkzib etməklə, institut  və əməkdaşlarından üzr istəməsi və işgüzar nüfuzuna vurulmuş zərərə görə 50 000 manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Previous Post

ASİF MƏRZİLİ VƏ “TƏZADLAR” QƏZETİ MƏTBUAT ŞURASINDAN TƏZMİNAT İSTƏYİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.