JURNALİSTİN AİLƏ ÜZVLƏRİ ONLARA BASQIN EDƏNLƏRDƏN BİRİNİ TANIYIBLAR

Bu gün Binəqədi rayon Polis İdarəsində jurnalist və hüquq müdafiəçisi  İdrak Abbasovun ailə üzvlərinə qarşı basqında  iştirakda şübhəli bilinən şəxslərlə üzləşmə keçirilib. 

Bu barədə RATİ-yə İ.Abbasov məlumat verib. Onun sözlərinə görə, üzləşmədə atası Telman Abbasov, anası Naimə Quliyeva və qardaşı Ədalət Abbasov iştirak edib. Onla Dövlət Neft Şirkətinin mühafizə xidmətinin 3 nəfər əməkdaşı təqdim edilib. Zərərçəkənlər bu şəxslərdən bir nəfərin onlara xəsarət yetirdiyini təsdiq ediblər. İ.Abbasovun sözlərinə görə, istintaq hərəkətləri davam edir, amma iş Cinayət Məcəlləsinin 128-ci (Sağlamlığa az zərər vurma) maddəsi ilə davam edir.

“Əslində iş Cinayət Məcəlləsinin 221.2.1-ci (Bir qrup şəxs tərəfindən ictimai qaydada vətəndaşları təhqir etmə və onlara  zor tətbiq etmə, əmlaka ziyan vurma) maddəsinə tövsiv olunmalıdır. Mən vəkilimiz Elçin Sadıqovla bu məsələ barədə danışmışam, o yaxın günlərdə qeyd etdiyim problemlə bağlı vəsatət verəcək”, – deyə İ.Abbasov qeyd etdi.       

Xatırladaq ki, sentyabrın 9-da saat 10 radələrində “Binəqədi OİL”un 30-50 nəfərlik “xüsusi təyinatlı”sı ağır texnika ilə  Binəqədi rayon Xocasən qəsəbəsi Yuxarı Sulutəpə yaşayış massivi Ruslan Allahverdiyev küçəsində  daş hasarla hörülmüş və dəmir darvazası olan həyətdə   daxil olaraq İ.Abbasovun qohumlarımı vəhşiliklə döyüblər. Basqınçılar həyətə ekskavatorla darvazanı sındırmaqla daxil olublar. Daha sonra qara və mavi geyimli idmançı cüssəli şəxslər ağır ifadələrlə təhqir etməklə bərabər  qohumlarını ayaq və əl zərbələri, habelə rezin dəyənəklərlə döyüblər. Habelə İ.Abbasovun qardaşı Ədalət Abbasova məxsus evin bir qismi ekskavatorla uçurulub.
Baş verən hadisə ilə bağlı İ.Abbasovun atası Telman Abbasov 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsində, qardaşı Ədalət Abbasov və anası Naimə Quliyeva 1 saylı Kliniki Mərkəzə (Semaşko) müalicə alıblar.

 

Previous Post

SÜLHƏ XİDMƏT EDƏCƏK 21 FİLM ÇƏKİLİB

Next Post

İRANIN DİNİ XADİMİ RAFİQ TAĞININ QƏTLİNİ ALQIŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.