İRANIN DİNİ XADİMİ RAFİQ TAĞININ QƏTLİNİ ALQIŞLAYIB

İranlı ayətullah şeyx Məhəmməd Lənkərani azərbaycanlı yazıçı, publisist Rafiq Tağının öldürülməsini alqışlayıb(“Turan”). Bu  xəbər noyabrın 28-də din xadiminin saytında yayılıb:  www.fazellankarani.com/persian/news/4878/

Ayətullah Azərbaycan xalqına müraciət edərək sevinc hissi ilə bildirir ki, “Qəhhar Allaha şükür edirik ki, onun intiqam əli qeyrətli müsəlmanlar arasından aşkar oldu və İslam müqəddəsliklərini, Allahın Rəsulunu (s) təhqir etmiş xəbis bir fərdi cəhənnəmə yola saldı”.

“Heç şübhəsiz, bu hökmü icra etməklə müsəlmanları sevindirmiş şəxsin Allah tərəfindən böyük mükafatı olacaq”, – xəbərdə deyilir.

“İslamın düşmənləri bilsinlər ki, azad müsəlmanlar və qeyrətli gənclər İslam müqəddəsliklərinin aşağılanmasına, dünya imperializminin və beynəlxalq sionizmin rəzil fitnəkarlıqlarının reallaşmasına icazə verməyəcək, dinini satanları rüsvayçı əməllərinin cəzasına çatdıracaq.  Mən dünya müsəlmanlarını, ilk növbədə Azərbaycan xalqını təbrik edirəm, bu mürtəd şəxsin cəzalandırılması barədə hökm çıxarmış böyük şiə mərcə alimi Ayətullah-üzma Lənkəraninin xatirəsini əziz tutur, ona Allah-Taaladan uca məqam arzulayıram”, – bəyanatda vurğulanır.

Qeyd edək ki, Məhəmməd Cavad Lənkərani həmin ayətullahın oğludur. Fətva 2006-cı ildə Rafiq Tağının “Avropa və biz” məqaləsi ilə bağlı verilib. Məqalədə Məhəmməd Peyğəmbərin ünvanına tənqidi fikirlər söylənib.

R.Tağıya sui-qəsd noyabrın 19-da axşam törədilib. Naməlum şəxs ona 7 bıçaq yarası vurub. Noyabrın 23-də isə 61 yaşlı publisist xəstəxanada vəfat edib.

Previous Post

JURNALİSTİN AİLƏ ÜZVLƏRİ ONLARA BASQIN EDƏNLƏRDƏN BİRİNİ TANIYIBLAR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.