TƏZYİQƏ MƏRUZ QALAN JURNALİST POLİSDƏ İFADƏ VERİB

Aprelin 5-də “Azadlıq” qəzetinin müxbiri Ramin Deko aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanması, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalması ilə bağlı ifadə vermək üçün Yasamal Rayon Polis İdarəsinə çağırılıb. Bu barədə bu gün(06 aprel)  Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Dekonun özü məlumat verib.

Jurnalist bildirdi ki, idarənin rəisi İsmayıl Əsədovun  qəbulunda olub və rəis ondan hadisə ilə bağlı polisə  xəbər verməməyinin səbəbini  soruşub:
“Mən rəislə söhbətimdə ona bildirdim ki, jurnalistlərin başına gələn hadisələrin heç birinin üstü açılmadığından polisə müraciət etməmişəm.  Polis rəisi isə məsələnin nazirin diqqətində olduğunu dedi və bildirdi ki, məsələni araşdırmaq üçün tapşırığa uyğun olaraq, bütün lazımi tədbirlər görüləcək”, – deyə jurnalist bildirdi.
Qeyd edək ki, bir neçə gün əvvəl “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həziyev də naməlum şəxslər tərəfindən oğurlanılaraq işgəncələrə məruz qoyulmuşdu.

 

Previous Post

AVROPA MƏHKƏMƏSİ FƏTULLAYEVİN DAHA BİR ŞİKAYƏTİNİ İCRAATA QƏBUL EDİB

Next Post

AZƏRBAYCAN AVROPA BIRLIYI ÖLKƏLƏRİ İLƏ VİZA REJİMİNİN SADƏLƏŞDİRİLMƏSİNDƏ YUBANIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.