“SÖZ AZADLIĞI VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ YARDIM AYIRIB

may 25th, 2009
Mayın 22- də “Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu”nun İdarə Heyətinin iclası keçirilib. ”Media Forum” xəbər saytının məlumatına görə, keçirilən iclasda 5 müraciətə baxılaraq, jurnalistlərə ümumilikdə  1400 ABŞ dolları məbləğində yardım ayrılması barədə qərar verilib.

Qərara əsasən, “Yeni Müsavat” qəzetinin köşə yazarı Mahal İsmayıloğluna 500 ABŞ dolları, “Təzadlar” qəzetinin redaksiyasına 400 dollar, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasova 250 dollar, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitə 250 dollar məbləğində yardım ayrılıb.
Qeyd edək ki, “Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu” ”Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, Nəcəf Nəcəfov Fondu və “Demokratik Jurnalistlər Liqası” tərəfindən təsis olunub və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərir.