“XURAL” QƏZETİNİN BAŞ REDAKTORUNA VƏ ONUN HAQQINDA ŞİKAYƏT VERƏN POLİSƏ XƏBƏRDARLIQ EDİLDİ

Bu gün (25 may) “Xural” qəzetinin baş direktoru  Nizami Həsənov  Nərimanov rayon Dövlət Yol Polisinin əməkdaşı Mehdi Səlimov tərəfindən yol qaydasını pozmaqda ittiham edilərək saxlanılıb.

Yol hərəkatı qaydasını pozmadığını bildirən Həsənov “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya zəng edərək haqsız yerə saxlanıldığını bildirib. Daha sonra hadisə yerinə gələn baş redaktor məsələni araşdırmaq istəyib. Amma polis əməkdaşı Səlimov baş redaktorun ona ünvanlanan suallarını “vətəndaşın polisə tabe olmaqdan imtina etməsi” kimi qəbul edərək baş redaktoru və direktorun həbs edilməsi üçün kömək çağırıb. Nəticədə həm Zeynallı, həm də Həsənov Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.
17-ci polis bölməsinin növbətçi hissəsindən RATİ-yə bildirdilər ki, “Xural” qəzetin baş direktoru N.Həsənli yol qaydalarını pozub və dövlət yol polisinə tabeçilik göstərmədiyinə görə 17-ci Polis Bölməsinə dəvət edilib.
Daha sonra isə polis inzibati qaydada protokol tərtib edərək  Nərimanov rayon Məhkəməsinə göndərilib.
Saat 18.00-da Nərimanov rayon Məhkəməsində hakimi Sevinc Alıyevanın sədrliyi ilə keçirilən  məhkəmə prosesində işə baxılıb. Hakim isə  baş redaktor, direktor, habelə  polis əməkdaşı Mehdi Səlimova xəbərdarlıq edilib və bundan sonra  Zeynallı və  Həsənov sərbəst buraxılıb.   
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,249/lang,az/
Previous Post

“SÖZ AZADLIĞI VƏ JURNALİSTLƏRİN MÜDAFİƏSİNƏ YARDIM FONDU” JURNALİSTLƏRƏ YARDIM AYIRIB

Next Post

AZƏRBAYCANDA İFADƏ AZADLIĞINA QOYULMUŞ MƏHDUDİYYƏTLƏR 6-CI İFADƏ AZADLIĞI TOPLANTISINDA MÜZAKİRƏ EDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.