“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI OĞURLANMAQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞİB

“Azadlıq” qəzetinin əməkdaşlarından biri oğurlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə RATİ-yə məlumatı qəzetin baş direktoru Azər Əhmədov verib. Əməkdaşın adının mətbuatdan gizli qalmasını istəyən Əhmədov qeyd etdi ki, bundan qabaq bir dəfə də adı gedən yazara hücum əməliyyatı olub. Bu dəfə isə əməkdaşımız  evə gedərkən onu oğurlamağa cəhd göstəriblər.
Bu məsələ ilə  bağlı heç bir hüquq-mühafizə orqanlarına müraciət etməyəcəklərini deyən baş direktor səbəbini onunla izah etdi ki, “onlar bizə yardım etmək əvəzinə mane ola bilərlər. Yerli polis orqanlarına müraciət etsək, həmin jurnalisti bir neçə dəfə çağırıb dindirəcəklər. İş uzanacaq, nəticədə isə jurnalistin peşə fəaliyyətinə zərbə dəyəcək. Bir də ki, biz əmin deyilik ki, bu cəhd onlar tərəfindən edilməyib”.

Previous Post

JURNALİST KASSASİYA ŞİKAYƏTİ VERƏCƏK

Next Post

MİRZƏ SAKİTİN ACLIQ EDİB-ETMƏMƏSİ HAQQINDA ZİDDİYYƏTLİ MƏLUMATLAR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.