MİRZƏ SAKİTİN ACLIQ EDİB-ETMƏMƏSİ HAQQINDA ZİDDİYYƏTLİ MƏLUMATLAR VAR

RATİ-nin əməkdaşı ilə söhbətində 14 saylı Cəzaçəkmə müəssissəsinin  rəisi Ərşad Həsənov bildirib ki,  Mirzə Sakit aclığı dayandırıb.

Həsənovdan jurnalistin aclığı dayandırmasının səbəbini soruşduqda isə rəis bildirdi ki, “səhhəti ilə bağlı olan problemlər həll olunacaq və o razılaşıb”. Daha ətraflı məlumat verməkdən imtina edən həbsxana rəisi ümumiyyətlə jurnalistin tələblərindən xəbərsiz olduğunu deyib.
APA Agentliyinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən aldığı məlumatda da bildirilir ki, Sakit aclıq aksiyasını dayandırması haqqında ərizə yazıb:“ərizədə göstərilib ki, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi tələbinə baxıldığı üçün aclığı dayandırır”.
RATİ-nin  jurnalistin həyat yoldaşı Rəna Zahidovadan aldığı məlumata görə,   M.Sakitin aclıq aksiyasını dayandırması ilə bağlı xəbərlər yalnışdır: “Mən saat 18:15 radələrində 14 saylı Cəzaçəkmə Müəssisəsi ilə əlaqə saxladım və mənə Sakitin  aclığı davam etdirdiyini bildirdilər”.

Previous Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞI OĞURLANMAQ TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞİB

Next Post

JURNALİSTLƏR HADİSƏ YERİNƏ BURAXILMAYIBLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.