“ATV İNT” TELEKANALI YAYIMA BAŞLADI

Bu gün (5 oktyabr) “Azad Azərbaycan” telekanalının bazasında yaradılan beynəlxalq telekanal “ATV-İnternational” (ATV İnt) yayıma başladı.

Bu barədə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən ATV telekanalının “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu bildirdi ki, telekanalda gedən xəbərlər beş dildə, Azərbaycan, ingilis, rus, fars və erməni dillərində yayımlanacaq. V.Aydınoğlu onu da qeyd etdi ki, telekanalın yayımı üçün  müvəqqəti olaraq “Türksat” peykindən istifadə olunacaq. Baş redaktorun bildirdiyinə görə, telekanalın yayımında əsas  məqsəd ölkədə baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qeyd edək ki,  5 mart 2009 cu il tarixində  Milli Televiziya və Radio Şurası (MTRŞ) "ATV İnt" telekanalına 6 illik xüsusi razılıq (lisenziya) verib.
Previous Post

EYNULLA FƏTULLAYEVİN MÜKAFATI ATASINA TƏQDİM OLUNUB

Next Post

“TURAN-SERVİS” MMC-NİN APELLYASİYA ŞİKAYƏTİNƏ ƏSASƏN QƏRAR NÖVBƏTİ PROSESDƏ ELAN OLUNACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.