ATV RAMİZ MEHDİYEVİN MƏQALƏSİNDƏN NƏTİCƏ ÇIXARDI

Oktyabr 5-də “Azad Azərbaycan” Teleradio Yayım Şirkətində verilişlərin səviyyəsi və formatı ilə bağlı toplantı keçirilib.

ATV-nin yaydığı məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı səsləndirdiyi tənqidi tezislərə uyğun olaraq nöqsanlar müzakirə edilib, “Performans”, “Tam sərbəst-solo” verlişlərinin, həmçinin SMS onlayn xidmətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. “Onlar” proqramının isə məzmunu dəyişdirilib və veriliş mədəniyyət proqramı kimi fəaliyyət göstərəcək.
Şirkət ana-uşaq problemləri ilə bağlı, valideyn maarifçiliyinə yönəlmiş  “Körpəm” proqramını yayıma hazırlayır. Milli-mədəni məsələləri araşdıracaq “İrsimiz” layihəsi əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun aparıcılığı ilə efirə çıxacaq. Azərbaycanın tarixi ilə bağlı etnoqrafik layihə olan “Sirli Azərbaycan”, həmçinin hərbi vətənpərvərlik layihəsi olan “Ordum var”, muğam sənətini təqdim edəcək “Muğam ocağı” da ATV-də yayımlanacaq yeni layihələrdir.
Toplantıda tanınmış ziyalılardan ibarət Bədii Şuranın yaradılması və bu şuranın ATV-də veriliş və layihələr reallaşdırılarkən öz məsləhətlərini verməsi qərara alınıb. Bütün bu dəyişikliklərlə bağlı artıq Milli Televiziya və Radio Şurasına məlumat verildiyi bildirilib.
Xatırladaq ki, Oktyabrın 4-də “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar, xüsusilə də  şou-bizneslə bağlı bayağı verilişlər ciddi tənqid olunub.

Previous Post

“AZƏRBAYCAN” VƏ “YENİ AZƏRBAYCAN” QƏZETLƏRİNDƏ RAMİZ MEHDİYEVİN MƏQALƏSİ MÜZAKİRƏ OLUNUB

Next Post

JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.