JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR

RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun ev telefonuna  naməlum şəxs  zəng edərək jurnalisti ölümlə hədələməkdə, onu və ailəsini nalayiq ifadələrlə təhqir etməkdə davam edir. Bu barədə RATİ-yə E. Abbasovun özü məlumat verib:

“Türkdilli dövlət başçılarının Naxçıvandakı toplantısı  ərəfəsində zənglər kəsilsə də, oktyabrın 4-dən etibarən evimə olunan hədə zəngləri yenidən başlayıb. Həmin adam zəng edərək, yarı  fars dilində, yarı İran azərbaycanlılarının ləhcəsində məni və ailəmi hədələyir, nalayiq söyüşlər söyür. Polis zənglərin xaricdən gəldiyini bildirsə də nömrəni mənə təqdim etmək istəmir. Gələn zənglərin isə xaricdən olduğuna inanmıram. Çünki uzaqdan olunan telefon zənglərini asanlıqla hiss etmək olur.”.
     Hadisə ilə bağlı E. Abbasovu dünən (05.10.09) yenidən Naxçıvan şəhər Polis İdarəsində olub və polisi məlumatlandıraraq, 23 sentyabr tarixdə hadisə ilə bağlı  yazdığı şikayət ərizəsinə cavab istəsə də,  ona heç bir rəsmi cavab verilməyib. Polis  jurnalistin ev telefonunu yenidən nəzarətə götürüldüyünü bildirib.
     Belə ki, 20 sentyabr 2009-cu il tarixdən başlayaraq bir neçə gün ardıcıl olaraq E.Abbasovun ev telefonuna naməlum şəxs  zəng edərək jurnalisti ölümlə hədələyib, onu və ailəsini nalayiq ifadələrlə təhqir edib. Jurnalist bu barədə rəsmi qaydada Naxçıvan şəhər Polis idarəsinə müraciət edib. Naxçıvan şəhər Polis İdarəsindən onun ev telefonuna zəng edənin telefon nömrəsi qismən bəlli olması barədə məlumat verilib. Polisin verdiyi məlumata görə, zəng  Amerika Birləşmiş Ştatlarından (ABŞ) daxil olub.
     Xatırladaq ki, 2007-ci ilin mart ayının 6-da E. Abbasovun mobil telefonuna gizli nömrədən zəng olunaraq, rus dilində danışan şəxs onun başını kəsəcəyi ilə hədələyib, onun ünvanına nalayiq söyüşlər söyüb. 30 yanvar 2009-cu il tarixdə E. Abbasovun mobil telefonuna zəng edərək  özünü Sədərək rayon sakini Malik Əliyev  kimi təqdim edən şəxs RATİ- nin Naxçıvandakı bölgə müxbirləri E. Abbasovu, H. Mehdiyevi, “Azadlıq” radiosu və “Turan” İA-nin müxbiri Məlahət Nəsibovanı ölümlə hədələmişdi. Hər iki hadisə zaman rəsmi qaydada MR DİN-ə, MR Prokurorluğuna, MR MTN-ə müraciət olunsa da heç bir tədbir görülməyib.

Previous Post

ATV RAMİZ MEHDİYEVİN MƏQALƏSİNDƏN NƏTİCƏ ÇIXARDI

Next Post

RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.