ƏVƏZ ZEYNALLI OMBUDSMANA MÜRACİƏT EDİB

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciət edib.
Ə.Zeynallı saxlanıldığı təcridxanadakı problemlərdən söz açıb və Ombudsmaı  problemlərlə yaxından tanış olmaq üçün saxlanıldığı müəssisəyə dəvət edib.

”Artıq 10-cu aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Burada təqsirləndirilən şəxslərin saxlanılma şəraiti nisbətən yaxşı olsa da, digər siyasi və mətbu hüquqlar təxminən yox kimidir. Bu nisbətən yaxşılaşdırılmış şəraitin arxasında ciddi rüşvət mexanizmi yaradılıb ki, həmin mexanizm insanın bütün hüquqlarını çeynəməklə məşğuldur. Təqsirləndirilən şəxslərin ailəvi görüşləri problem edilir, hər hansı məktublaşmalar məhdudlaşdırılır, şikayət ərizələri ünvanlarına çatdırılmır. Şəxsən mənim bir siyasi məhbus kimi hüquqlarım tapdalanır və mən onları müdafiə etmək üçün atdığım bütün addımların qarşısı alınır. Şikayətlərim əlaqədar orqanlara çatdırılmır. Rəislə görüşə bilmirəm”, – deyə qeyd edən Ə.Zeynallı ombudsmanın təcridxanaya gedəcəyi təqdirdə, təcridxana rəhbərliyinə xəbər vermədən gəlməsini və onunla  rəisin otağında, onun iştirakı ilə qəbul etməməyini xahiş edib.

Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

FHN RƏHBƏRİ KƏMALƏDDİN HEYDƏROVDAN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYET EDİLİB

Next Post

HİLAL MƏMMƏDOVUN İŞGƏNCƏYƏ MƏRUZ QALMASI İLƏ BAĞLI İDDİASI TƏMİN EDİMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.