HİLAL MƏMMƏDOVUN İŞGƏNCƏYƏ MƏRUZ QALMASI İLƏ BAĞLI İDDİASI TƏMİN EDİMƏDİ

Bu gün Nəsimi rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işgəncəyə məruz qalması faktının tanınması ilə bağlı şikayətinə əsasən proses keçirilib.  Hakim iclas zalına daxil olan kimi  prosesin qapalı keçirildiyini bildirib və prosesi müşahidə edən ictimaiyyət nümayəndələri və jurnalistlərin zaldan çıxarılmasına göstəriş verib.

Prosesdən sonra Obyektiv TV-yə açıqlamasında vəkil Ramiz Məmmədov bildirib ki, Hilal Məmmədov işgəncəyə məruz qalması ilə bağlı izahat verib. İzahatı dinlədikdən sonra hakim müşavirəyə gedib və təxminən 3 saatdan sonra heç kəsin iştirakı olmadan şikayətin təmin edilməməsi ilə bağlı qərarı elan edib.  
Xatırladaq ki, "Talişi sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov bu il iyunun 21-də saxlanılıb. Onun haqqında Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. İyunun 22-də Nizami rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçib. İyulun 3-də isə Hilal Məmmədova CM-nin 274-cü (dövlətə xəyanət) və  283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)  maddələri ilə əalvə ittiham irəli sürülüb.
Bu maddə ilə Hilal Məmmədovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Previous Post

ƏVƏZ ZEYNALLI OMBUDSMANA MÜRACİƏT EDİB

Next Post

HƏYƏCAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.