ƏVƏZ ZEYNALLI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı onun hüquqlarını müdfiə edən vəkil Elçin Sadıqova qarşı  başlanan təzyiq kampaniyasının  dayandırılması ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Baş redaktor müraciətində özünə qarşı qaldırılan cinayət işinə sifarişli məhkəmə sistemində baxıldığını hesab etdiyini bildirib. Zeynallı həmçinin əssassız süründürməçiliklə məhkəmə prosesini uzadan hakimlər heyətinin  prosesi açıq şəkildə qərəzli və ədalətsiz apardıqlarını, hakim  Ramella Allahverdiyevanın sədrlik etdiyi heyətin  özünü lazımı formada müdafiə etmək üçün heç bir şərait yaradılmadığını deyərək, vəkili Elçin Sadıqovun onu müdafiə etdiyi üçün əsassız təzyiqlərə məruz qaldığını bildirib. Əvəz Zeynallı bu ölkənin dövlət başçısı, prezidenti olaraq baş verənlərin qarşısının  alınması, Azərbaycanda məhkəmələri ədalətə dəvət etmək, vəkili Elçin Sadıqova qarşı onu müdafiə etdiyi üçün başlanan təzyiq kampaniyasını dayandırılmasını xahiş etdiyini ifadə edib.
Qeyd edək ki, vəkil Elçın Sadıqov barəsində verilən şikayətlərdən biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyeva tərəfindən Vəkillər Kollegiyasına daxil olub. Hakim Ramella Allahverdiyeva Vəkillər Kollegiyasına CM-nin 213.1-ci, 306.2-ci, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə təqsirləndirilən Zeynalov Əvəz Tapdıq oğlunun işi üzrə 02 iyul 2012-ci il tarixli məhkəmə iclasını vəkilin  icazəsiz tərk etməsi  barədə məktub göndərib.  02 iyul 2012-ci il tarixdə hakim Ramella Allahverdiyeva deputat Gülər Əhmədovanı şahid qismində çağırmış, Əvəz Zeynallı və Sadıqov müdafiə tərəfinə sənədlərin sürətlərəi verilmədən Gülər Əhmədovanın dindirilməsinin qanunsuz olduğunu, yalnız sənədlərin sürətini verib  və  müdafiə tərəfin  hazırlaşdıqdan sonra Gülər Əhmədovanın dindirilməsinin mümkün olduğunu bildiriblər. Bu zaman vəkilin hüquqlarını  müdafiə etdiyi Zeynalov Əvəz Tapdıq oğlu ondan  imtina etdiyini bildirərək zalı tərk etməsini tələb edib. Elçin Sadıqov  məhkəmədən Əvəz Zeynalovun ondan imtina etməsi barədə yazılı ərizə yazmaq üçün şərait yaratmasını xahiş etsə də, məhkəmə Gülər Əhmədovanı dindirdikdən sonra bu məsələyə baxılacağını deyib. Sadıqov məhkəmənin diqqətinə ona  qarşı edilmiş etirazı nəzərə alaraq, vəkil adına hörmət naminə məhkəmə kollegiyasından icazə alaraq saat 13.27-də zalı tərk edib.
Xatırladaq ki, Əvəz Zeynallı 10 aydır Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİ N.YAQUBLUNUN HƏBSİNİ PİS PRESEDENT ADLANDIRIR

Next Post

“TURAN” İNFORMASİYA AGENTLİYİNİN ƏMƏKDAŞININ APELLYASİYA ŞIKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.