ƏVƏZ ZEYNALLI PREZİDENT ADMİNİSTRASİYASININ RƏHBƏRİ RAMİZ MEHDİYEVİN SİFARİŞİ İLƏ HƏBS EDİLDİYİNİ D

“Mənim həbsimin sifarişçisi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, icraçısı isə Administrasiyanın şöbə müdiri Əli Həsənovdur”. Bu sözləri Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib. İfadəsinin ikinci günündə baş redaktor keçmiş deputat Gülər Əhmədova ilə görüşündən və səsinin yazılmasından, həmin səs yazısı əsasında Ramiz Mehdiyev və Əli Həsənovun ona tələ qurmasından danışıb.

Təqsirləndirildiyi maddəni çox şərəfsiz və əxlaqsız maddə adlandıran baş redaktor bütün fəaliyyəti dövründə rüşvətlə mübarizə apardığını deyib, ona qarşı həmin maddə ilə cinayət işi açılmasını isə əxlaqsız hərəkət adlandırıb.

Baş redaktor hər dəfə Ramiz Mehdiyevin və Əli Həsənovun adı çəkiləndə etiraz edən prokuroru dövlət ittihamı əvəzində Gülər Əhmədovanın ittihamını müdafiə etməkdə günahlandırıb. Gülər Əhmədovanın arxasında Ramiz Mehdiyevin dayandığını deyən Zeynallı bu səbədən də keçmiş deputatın məhkəməyə gətirilməsinin mümkün olmadığını əlavə edib.
“Məhkəmə və istintaq Ramiz Mehdiyevin adı gələndə nəfəs almağa da qorxurlar. Bunlar hətta İlham Əliyevdən də çox Ramiz Mehdiyevdən qorxurlar”, – deyə baş redaktor bildirib.
Prosesdə şahid kimi adları keçən şəxslərin Əli Həsənov tərəfindən təlimatlandırıldığını qeyd edən Zeynallı əlavə edib ki, Gülər Əhmədova ilə şərləmə əməliyyatı alınmasaydı, bunun üçün Tənzilə Rüstəmxanlıdan istifadə ediləcəkdi. O digər şahid Vüqar Səfərlinin KİVDF-ni Əli Həsənovla şərik işlətdiklərini vurğulayıb.
Qəzetdə aparılan vergi yoxlamalarına da toxunan Əvəz Zeynallı hakimiyyətin onu yalnız rüşvətlə şərləməklə kifayətlənmədiyini, hər cür qanunsuz və iyrənc hərəkətlərə yol verdiyini deyib.
Proses sabah saat 14:00-da davam etdiriləcək.
Xatirladaq ki, Əvəz Zeynallı sabiq deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3 (Külli miqdarda rüşvət alma) və 311.3.4-cü (Hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

VƏTƏNİNDƏ DƏYƏRLƏNDİRİLMƏYƏN RƏSSAM

Next Post

ELANLAR!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.