Hüquq müdafiəçisi Ələkbər Məmmədov Cavanşir küçəsi 38-də yerləşən Z. Tağıyev adına tikiş kombinatının qəzalı vəziyyətdə olan 4 nömrəli yataqxanasında yaşayan sakinlərin hüquqlarının müdafiəsi ilə əlaqədar növbəti mətbuat konfransı keçirəcək.
Saat 14:00-15:00
AXCP-nin Gənclər Komitəsinin təşkilatçılığı ilə Müsavat Gənclər Təşkilatının üzvü Nigar Yaqublunun həbsinə etiraz olaraq mətbuat konfransı keçiriləcək.
Qeyd: 06 Dekabr, 2011-ci il tarixində İnternational Media Support (İMS) öz layihəsi olan Azərbaycan Media Mərkəzinin (AMM) yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşməsini elan edib. 2012-ci ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyətinə müxtəlif tədbirlərin və ictimai müzakirələrin keçirilməsi üçün məkan və xidmətlərlə təmin edəcəkdir.