ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİNİN VAXTI DƏQİQLƏŞDİ

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsinin vaxtı dəqiqləşib. Baş redaktorun vəkili Elçin Sadıqovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə hazırlıq iclası mayın 14-də Bakı Ağır Cinayətlər məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti daha üç ay uzadılıb.

 

 

Previous Post

ŞUŞANIN İŞĞALININ 20-Cİ İLDÖNÜMÜ ŞƏHİDLƏR XİYABANINDA ANILDI

Next Post

BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ BAXIŞA TƏYİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.