BƏXTİYAR HACIYEVİN APELLYASİYA ŞİKAYƏTİ BAXIŞA TƏYİN EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin Qaradağ rayon məhkəməsinin 29 mart tarixli qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Hacıyev cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Qaradağ rayon məhkəməsinə müraciət etmiş, lakin həmin müraciət təmin edilməmişdi. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında işin baxışa təyin edilməsi ilə bağlı qərar qəbul edilib. Proses mayın 21-də davam edəcək.

Xatırladaq ki, 18 may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmətdən yayınma) maddəsi ilə təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb. 6 iyul 2011-ci il tarixdə bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib. 2011-ci il dekabr ayının 6-da Ali məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Bundan əvvəl isə Bəxtiyar Hacıyev cəzasının üçdə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə Qaradağ rayon məhkəməsinə müraciət edib. 29 dekabr 2011-ci ildə məhkəmə həmin müraciəti təmin etməyib. 27 fevral 2012-ci ildə isə Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Previous Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏ PROSESİNİN VAXTI DƏQİQLƏŞDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.