ƏVƏZ ZEYNALLININ HƏBS MÜDDƏTİ YENƏ DƏ UZADILDI

Aprelin 12-də Nəsimi rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddətinin artırılması ilə bağlı vəsatətinə əsasən məhkəmə prosesi keçirilib.

Əvəz Zeynallının vəkili Elçin Sadıqov “Obyektiv TV”-yə müsahibəsində həbs müddətinin bir ay uzadıldığını deyib.

 

Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl isə yanvarın 17-də həbs müddəti 3 ay uzadılmışdı.

Previous Post

ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

MEDİADA ƏVƏZ ZEYNALLIYA DƏSTƏK KAMPANİYASI BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.