ALİ MƏHKƏMƏ JURNALİSTİN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Aprelin 10-da Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə  “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevin  Şirvan Apellyasiya Məhkəməsində prosesin məhkəmə istintaqı qaydasında baxılmasına dair verdiyi və təmin edilməyən vəsatətinə dair verdiyi kasassiya şikayəti təmin edilməyib.

Bu barədə bu gün (12 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

 Vəkilin sözlərinə görə, proses bundan sonra  Şirvan Apellyasiya Məhkəməsində davam edəcək: “Məhkəmənin  tezliklə işə baxıb qərar çıxarmasını, eləcə də Aydın Canıyevə çıxarılmış hökmün ləğvini istəyirik”.

Xatırladaq  ki,  Aydın Canıyev sentyabrın 7-də  Lənkəranın Səpnəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı  Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə
jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Previous Post

İRANIN “SƏHƏR” TELEKANALIN HƏBS EDİLMİŞ ƏMƏKDAŞININ MƏHKƏMƏSİ BAŞLAYIR

Next Post

ƏVƏZ ZEYNALLININ HƏBS MÜDDƏTİ YENƏ DƏ UZADILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.