ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ PROSES MƏHKƏMƏ PROSESİ MƏHKƏMƏ İCRAÇILARININ İFADƏLƏRİ İLƏ DAVAM EDİB

 “Nərimanov rayon icra şöbəsinin əməkdaşları mənimlə bağlı icraatın birləşdirilməsini əks etdirən sənədləri saxtalaşdırıb”. Bu sözləri bu gün Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyib. Baş redaktor Nərimanov rayon icra şöbəsinin 28 iyul 2011-ci il tarixli qərarında müğənni Nüşabə Ələsgərli, Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının rəhbəri Vüqar Səfərli ilə yanaşı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı işin də yer aldığını, lakin istintaqa təqdim edilmiş sənədlərdə Administrasiya rəhbərinin adının çıxarıldığını bildirib.

Şahid qismində ifadə verən icra şöbəsinin rəis müavini Yavər Allahverdiyev, şöbənin əməkdaşları Zaur Həmzəyev və Qalib Hüseyinli bunu nə təkzib, nə də təsdiq ediblər. İcraçılar bütün suallara “bilmirəm, yadımda deyil, xatırlamıram” deyə cavab veriblər.
Vəkil Elçin Sadıqov isə icraçıların istifadə etdikləri konspektin ittiham aktından çıxarış olduğunu bildirib və prokurorluğu şahidlərlə əməkdaşlıq etməkdə günahlandırıb. O, məhkəməyə bununla bağlı etirz edib və konspektin nümayiş etdirilməsi ilə bağlı vəsatət verib. Lakin vəsatət təmin edilməyib.
Şahid qismində ifadə verəcək sonuncu icraçı prosesə gəlmədiyi üçün hakim prosesi 20 sentyabr saat 16:00-a qədər təxirə salıb.
Xatıqladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə, “Azərbaycan” nəşriyyatının rəhbəri Ağabəy Əsgərova və müğənni Nüşabə Ələsgərliyə olan ümumilikdə 19 min manat məhkəmə cəriməsini ödəyə bilmədiyinə görə, Nərimanov rayon məhkəməsinin qərarı ilə oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunub.
“Xural” qəzeti 2002-ci ilin oktyabr ayından həftəlik, 2011-ci il sentyabr ayının 20-dən gündəlik dərc olunurdu. Qəzetin baş redaktoru Əvəz Zeynallı Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci  (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.  
Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamları saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər.

Previous Post

DEMOKRATİK SEÇKİ KEÇİRMƏK ÜÇÜN NƏ ETMƏLİ

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.