DƏVƏTNAMƏ

 Əziz dostlar və həmkarlar,
 

  Sizi 20 sentyabr, saat 09:30-dan 14:00-dək Park İnn otelində keçiriləcək “Azərbaycanda Yayım Mediasının Gələcəyi” adlı milli konfransa dəvət etməkdən məmnunluq duyuruq. Bu konfrans media mövzusunda keçirilən sıradan tədbirlərdən biri olmayacaq. Tədbirdə yayım mediasında müxtəliflik və plüralizm məsələlərini, və bu sahədə mövcud olan problemlər müzakirə ediləcək. Konfransda yalnız milli yayım mediasının cari vəziyyəti müzakirə olunmayacaq, tədbir zamanı həmçinin öz fikirləri ilə insanların baxışlarını dəyişdirmək bacarığına malik olan ənənəvi və yeni medianın aparıcı nümayəndələrinin çıxışlarına da yer veriləcək.

Konfrans bütövlükdə Beynəlxalq Mediaya Dəstək təşkilatı (IMS) tərəfindən maliyyələşdirilir və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən həyata keçirilən aşağıdakı layihələrin çərçivəsində təşkil olunur: 1) ATƏT-in Bakı ofisinin dəstəklədiyi “Yayımda dəyişiklik: Azərbaycanın yayım mediasında fikir müxtəlifliyi və plüralizm sahəsində müzakirələrin aparılması” layihəsiI 2) Avropa Birliyinin maliyyələşdirdiyi “Yeni medianın inkişafı və regionlara yayılması” layihəsi; və 3) IMS-in “Azərbaycan mediasında peşəkarlığın və müstəqilliyin artırılması, informasiya müxtəlifiyinin təmin olunması və cəmiyyətə daha dolğun məlumatın çatdırılması” proqramı.

    Konfrans Park İnn otelinin Dan Ulduzu zalında, Cümə axşamı, 20 sentyabr 2012-ci ildə, saat 09:30-dan 13:15-ə qədər keçiriləcək. Konfransın sonunda nahar olacaq.

              

Bu əhəmiyyətli konfransda sizinlə əməkdaşlıq etməkdən çox məmnun olardıq.

Hörmətlə,            

Emin Hüseynov

Sədr/RATİ

Previous Post

ƏVƏZ ZEYNALLININ İŞİ ÜZRƏ PROSES MƏHKƏMƏ PROSESİ MƏHKƏMƏ İCRAÇILARININ İFADƏLƏRİ İLƏ DAVAM EDİB

Next Post

GƏNC ŞAİRLƏR ŞƏHRİYAR DEL GERANİ VƏ FƏRİD HÜSEYN İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.