“AYAN” QƏZETİNİN BAŞ REDAKTORU FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDIĞI ÜÇÜN XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

13 sentyabr gecə saat 02.30 radələrində “Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu (Şirəliyev) döyülərək xəsarət alıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun 03.22-də “Qaynar Xətt”inə saat (055 816 40 04) məlumat verən baş redaktorun yaxınları bildiriblər ki, C.Ələsgəroğlu huşsuz vəziyyətdə Semaşko adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Dərhal xəstəxanaya gedən RATİ əməkdaşları həkimlərdən xəstənin vəziyyəti ilə bağlı məlumat ala bilməyiblər. Xəstəni qəbul etmiş neyrocərrah Fəxrəddin Zeynalov məlumat verməkdən imtina etmişdir.
Baş redaktorun atası Ələsgər Şirəliyev xəstəxanada RATİ-yə bildirib ki, C.Ələsgəroğlu Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə 28 ünvanında yerləşən evlərindən saat təxminən 2.30-3.00 radələrində siqaret çəkmək üçün çıxmış və geri qayıtmadığına görə qardaşı onun arxasınca getmişdir. C.Ələsgəroğlunu yaşadığı binanın yaxınlığında huşsuz vəziyyətdə tapan yaxınları onu xəstəxanaya çatdırmışlar. Atasının bildirdiyinə görə C.Ələcgəroglu baş hissəsindən xəsarət almışdır.
Baş redaktorun yaxınları RATİ-yə C.Ələsgəroğlunun kimin tərəfindən döyülməsini bilmədiklərini desələr də, jurnalistika fəaliyyətinə görə fiziki təzyiqə məruz qalmasını da istisna etmirlər. Atasının bildirdiyinə görə baş redaktor 2 həftə əvvəl izlənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Həmçinin C.Ələcgəroğluna qarşı Cinayət Məcəlləsinin 147-ci maddəsi (böhtan) ilə iddia da qaldırılıb. Belə ki, Masallı rayonunda yerləşən Heydər Əliyev adına “Viləş” Su Anbarının direktoru Ağabəy Ağayev Nəsimi Rayon Məhkəməsində “Ayan” qəzetinə qarşı mülki iddia qaldıraraq, qəzetin 50 min manat cərimə edilməsini və təkzib verməsini tələb edib. Hadisə ilə bağlı gecə xəstəxanaya gələn Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları xəsarət alanın yaxınlarından izahat alıblar və hadisə yerinə baxış keçiriblər. RATİ əməkdaşları da polis əməkdaşlarım ilə birlikdə hadisə yerinə baxış keçiriblər. Ancaq polis əməkdaşları hadisə barəsində rəsmi açıqlama verməyiblər.
Gündüz  saatlarında isə  Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin növbətçi hissəsindən RATİ-yə bildiriblər ki, C.Ələsgəroğlunun artıq izahatı alınıb. “Xəsarət almış şəxs izahatında bildirib ki, binanın həyətində siqaret çəkərkən tanımadığı şəxs ona fiziki təzyiq göstərmişdir” – deyən bölmənin məsul növbətçisi baş leytenant Əliyev vurğuladı ki, hadisə ilə bağlı araşdırma aparılır.
Günorta saatlarında C.Ələsgəroğlu palataya köçürülüb. O, palatada RATİ əməkdaşlarına bildirib ki, baş vermiş hadisəni təsadüfi saymır və peşə fəaliyyəti ilə bağlı olduğunu zənn edir. “Adətim üzrə, yatmamışdan əvvəl saat 02.00 radələrində papiros çəkmək üçün həyətdə olarkən, bir nəfər məni qaranlıq tərəfə çağırdı. Siqaret yandırmaq istədiyini düşündüm və yaxınlaşan zaman üç nəfər olduqlarını gördüm və biri heç nə demədən dərhal mənə zərbələr endirməyə başladı” – deyən baş redaktor əlavə etdi ki, qonşunun maşını binanın həyətinə daxil olduğu üçün ondan əl çəkiblər
Previous Post

“Ayan” qəzetinin baş redaktoru Cavid Ələsgəroğlu döyülüb (2 hissə)

Next Post

BAKI ŞƏHƏRİNİN ERMƏNİ İŞĞALÇILARINDAN AZAD OLUNMASININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.