BAKI ŞƏHƏRİNİN ERMƏNİ İŞĞALÇILARINDAN AZAD OLUNMASININ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Bu gün (14 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatı Bakı şəhərinin erməni işğalçılarından azad olunmasının 91 illiyinə həsr olunmuş tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Türkiyə-Azərbaycan əlaqələrindən, Azərbaycan Demokratik Respublikasının qurulmasında və Bakı şəhərinin erməni işğalçılarından azad olunmasında türk ordusunun göstərdiyi fədakarlıqdan danışıb.
Azadlıq qəzetinin əməkdaşı Xaliq Bahadır da Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən diqqəti daha çox son günlərdə Ermənistanla sərhədlərin açılması ilə bağlı gedən işə yönəldib. O, qeyd edib ki, Türkiyə Ermənistanla sərhədləri açmaqla tarixində ən böyük səhvə yol vermiş olacaq: “Ermənistanla sərhədlərin açılması Türkiyədəki mövcud hakimiyyətin yürütdüyü yarıtmaz siyasətin nəticəsidir. Belə bir addımın atılması ən böyük tarixi səhv olmaqla yanaşı, iki qardaş xalq arasında münasibətlərə də ciddi zərbə vuracaq”.
Çıxış edən digər tədbir iştirakçıları da Bakının işğalçılardan azad olunmasında türk ordusunun rolundan danışaraq, Türkiyə dövlətinin hazırkı siyasətindən narazı olduqlarını ifadə ediblər.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,315/lang,az/
Previous Post

“AYAN” QƏZETİNİN BAŞ REDAKTORU FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDIĞI ÜÇÜN XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Next Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İLKİN BAXIŞ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.