“AZAD AZƏRBAYCAN” TELEVİZİYASININ MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Bu gün (01 iyul)  Yasamal Rayon Hərbi Komissarlığında (RHK) “Azad Azərbaycan” televiziyasının (ATV) çəkiliş qrupuna peşə fəaliyyətini yerinə yetirməyə izacə verilməyib və operator Ramin Şahbazov qarşı  fiziki təzyiq edilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) telekanalın “Son Xəbər” proqramının redaktor assistenti Aygün  Nurəddinqızı məlumat verib. O bildirib ki, hərbi çağırış başladığı üçün çəkiliş qrupu reportaj hazırlamaq məqsədilə Yasamal  RHK-da olublar. “Lakin hərbi komissarın adı hələlik məlum olmayan kapitan rütbəli müavini əməkdaşlarımızın çəkiliş aparmasına  icazə verməyib. O, kameranı operatorun əlindən almağa çalışıb və ona fiziki zor tətbiq edib” – deyən A.Nurəddinqızı vurğuladı ki, aldığı yumruq zərbələrindən R.Şahbazovun sifəti tanınmaz hala düşüb. O, əlavə etdi ki, hər iki əməkdaş baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) şikayət ediblər.

 

Yasamal RHK-nın özünü təqdim etməkdən imtina edən əməkdaşı RATİ-yə bildirib ki, ATV-nin əməkdaşları çəkiliş üçün icazə almadıqları üçün onlara şərait yaradılmayıb. İnsidentin bu səbəbdən yarandığını deyən RHK əməkdaşı bildirdi ki, ATV-nin çəkiliş qrupu komissarlığın müharibə veteranı olan polkovnik-leytenant rütbəli əməkdaşını təhqir etdikləri üçün onları inzibati binadan uzaqlaşdırıblar.

 

Yasamal RPİ-nin növbətçi hissəsindən özünü təqdim etməyən əməkdaş onlara bu hadisə elə bir şikayət daxil olmadığını dedi.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə müdiri Ehsan Zahidov da hadisə barəsində məlumatsız olduğunu bildirib.

 

Previous Post

AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBELYASININ SESSİYASINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI MÜZAKİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.