“AZADLIQ” BLOKU BUŞUN SÖZ AZADLIĞI İLƏ BAĞLI BƏYANATINI DƏSTƏKLƏYİR

“Day.az” saytı 5 may tarixində “Azadlıq” bloku Sədrlər Şurasının üzvü Əli Əliyevin ABŞ prezidenti Corc Buşun Beynəlxalq Mətbuat Azadlığı  Günü münasibətilə yaydığı bəyanatına  münasibətini təhrif edib.

Belə ki, həmin məlumatda bildirilirdi ki, Əli Əliyev  “Azadlıq” bloku Sədrlər Şurasının müşavirəsindən sonra bildirmişdir ki, həm blok həm də o, Buşun verdiyi bəyanatı sərt hesab edirlər. Azərbaycanın adının Çin, Kuba, Eritreya və İran kimi ölkələrlə bir yerdə çəkilməsini istəmirlər.

         Bu gün (08 may) “Gün səhər” qəzetində yayılan məlumata görə, Ə.Əliyev “Day.az” saytından onun fikirlərini təhrif etdiyi üçün təkzib verməsini tələb edib. Amma Əliyev RATİ-yə bildirdi ki, “Day.az”  rəhbərliyi ilə danışıq aparıb və sonra həmin yazıda düzəliş aparılıb: “Mən, habelə “Azadlıq” bloku Sədrlər Şurası söz azadlığı ilə bağlı ABŞ prezidenti Corc Buşun bəyanatını Azərbaycandakı reallıqlara uyğun hesab edirik.”
           Qeyd edək ki, “Azadlıq” bloku Azərbaycanın barışmaz muxalifət siyasi partiyalar bloku hesab olunur. Blokda Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası, Lalə Şövkət Hacıyevanın lideri olduğu Azərbaycan Liberal Partiyası, və Əli Əliyevin sədri olduğu Azərbaycan Vətəndaş və İnkişaf Partiyası birləşib.

Previous Post

MİLLƏT VƏKİLİ ƏFV FƏRMANININ İMZALANACAĞINA ÜMİD EDİR

Next Post

ƏLİ HƏSƏNOV RAMİZ MEHDİYEVİ MÜDAFİƏ ETMƏYƏ ÇALIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.