ƏLİ HƏSƏNOV RAMİZ MEHDİYEVİ MÜDAFİƏ ETMƏYƏ ÇALIŞIB

“Ramiz Mehdiyev İngiltərədə hazırda 90 jurnalistin həbsdə olmasını deyil, İngiltərənin ATƏT-dəki nümayəndəsinə istinadən İngiltərənin özündə belə məhkəmə hökmü çıxarılana qədər jurnalistin 90 gün müddətinə həbsdə saxlanıla bilməsini söyləyib.”

Bu sözləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. APA-nın yaydığı məlumatda bildirilir ki, Ə.Həsənov bunu bütün mətbuatın bilməli olduğunu vurğulayıb.

         RATİ dünən APA-ya istinadən Mehdiyevin müxtəlif beynəlxalq qurumların Azərbaycan mətbuatının vəziyyətinin ağır durumda olması ilə bağlı verdikləri bəyanatların real faktlara əsaslanmadığını iddia edərək İngiltərədə istənilən şəxsi heç bir səbəb göstərmədən 90 gün ərzində həbsdə saxlamağın mümkün olduğu haqqında məlumat yaymışdı.
Lakin Ramiz Mehdiyev həmin açıqlamanı verərkən orada iştirak edən jurnalistlərin bu gün RATİ-yə verdiyi məlumata görə, Ramiz Mehdiyev istənilən şəxsi  90 gün ərzində həbsdə saxlamağın mümkün olmasını deyil, İngiltərədə hazırda 90 jurnalistin həbsdə olmasını söyləyib.

Previous Post

“AZADLIQ” BLOKU BUŞUN SÖZ AZADLIĞI İLƏ BAĞLI BƏYANATINI DƏSTƏKLƏYİR

Next Post

RAMİZ MEHDİYEVİN BRİTANİYADA 90 NƏFƏR JURNALİSTİN HƏBSDƏ OLMASI FİKRİ KƏSKİN ETİRAZA SƏBƏB OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.