“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏDƏLƏNDİYİNİ BİLDİRİR

“Azadlıq” qəzetinin Naxçıvan bölgə müxbiri Yafəz Həsənov naməlum şəxsin hədə zənglərinə məruz qalıb. Bu barədə bu gün (02 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Yafəz Həsənovun özü məlumat verib.

Onun sözlərinə görə, dünən (01 dekabr)  (012)  493 – 01 – 14 saylı telefon nömrəsindən naməlum bir şəxs zəng edərək onu hədələyib: “Zəng edən şəxs əvvəlcə adımı soruşdu, sonra məni söyüb təhqir eləməyə başladı. Bildirdi ki, hara getsən səni tutub öldürəcəyik. Mənə eyni zamanda yaxınlarıma xəsarət yetirməkdən də çəkinmədiyini söylədi və tezliklə ölkəni tərk etməyimi tələb etdi”, – deyə qeyd edən  Y.Həsənov noyabrın 7-dən etibarən Naxçıvan Muxtar Respublikasında isə  90 DP 625 dövlət nömrə nişanlı CİP markalı maşın tərəfindən   izləndiyini bildirib.

“Bundan sonra ayın 9-da yaşadığım ərazini tərk eləyib Bakıya gəldim və jurnalist fəaliyyətimi burada davam elətdirməli oldum”,  deyən  Y. Həsənov məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyinə (DİN) müraciət edəcəyini bildirdi.

Previous Post

NƏSİMİ RAYON MƏHKƏMƏSİ TƏLƏBƏ-JURNALİSTİN İDDİASINI BAXILMADAN GERİ QAYTARIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.