NƏSİMİ RAYON MƏHKƏMƏSİ TƏLƏBƏ-JURNALİSTİN İDDİASINI BAXILMADAN GERİ QAYTARIB

Noyabrın 13-də Nəsimi rayon Məhkəməsi  “Yeni Müsavat” qəzetinin əməkdaşı, Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun pozulmuş təhsil hüququnun bərpası üçün yenidən verdiyi ikinci iddia ərizəsini  baxılmadan  geri qaytarılıb. Bu barədə bu gün (2 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elmin Bədəlovun özü məlumat verib.

E. Bədəlov hakim Etibar Hümbətovun sədrliyi ilə keçən proses barədə özünə, eləcə də vəkilinə heç bir məlumat verilmədiyini deyərək, qərardan apellyasiya şikayəti verəcəklərini bildirdi.

            Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Noyabrın 23-də isə Ali Məhkəmə kassasiya şikayətinin təmin edilməməyi barədə qərarını elan edib.

Previous Post

QİCS LƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ ÜZRƏ EKSPERT ZÜLFİYYƏ MUSTAFAYEVA İLƏ MÜSAHİBƏ

Next Post

“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏDƏLƏNDİYİNİ BİLDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.