“AZADLIQ” QƏZETİ FOLKLORŞÜNASIN ŞƏRƏF VƏ LƏYAQƏTİNƏ TOXUNMAYIB

Dünən (08 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə folklorşünas İslam Sadiqin “Azadlıq” qəzetinə qarşı iddiası üzrə növbəti məhkəmə prosesi keçirilib.

İddiaçı qəzetin 2007-ci il 4-9 oktyabr tarixli  saylarında dərc olunan “Koroğlunu suya basar” başlıqlı məqalədə özü ilə bağlı fikirlərdən narazı qalaraq məhkəməyə müraciət edib və  dəymiş zərərin müqabilində qəzetdən 20 min manat həcmində kompensasiya tələb edib.
İşi araşdıran məhkəmə bundan öncəki iclasda iddiaçının narazı qaldığı “erməni  barmağıdır” ifadəsini linqvistik ekspertizaya göndərmişdi. Dünən ekspertizanın nəticəsi bəlli olub. Rəydə qeyd olunur ki, məlum bu ifadə ironiya xarakterlidir və iddiaçının şərəf-ləyaqətinə toxunmur.
Qətnamənin elan ediləcəyi növbəti proses sentyabrın 12-si saat 10:20-yə təyin edilib.
Vəkil Elçin Sadıqovun sözlərinə görə, məlum iddia tamamən əsassızdır: “Yazının ona zərər  vurduğunu deyirsə məhkəməyə bu barədə sübutlar təqdim etməlidir. Amma İslam Sadiq heç bir sübut təqdim etmədən qəzetdən təkzib də yox, 20 min manat kompensasiya tələb edir”.

Previous Post

“CASPİAN PLAZA”A KONFRANS ZALININ FƏALİYYƏTİNİ DAYANDIRIR

Next Post

ATƏT DİFFAMASİYA MÖVZUSUNDA SEMİNAR KEÇİRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.