“CASPİAN PLAZA”A KONFRANS ZALININ FƏALİYYƏTİNİ DAYANDIRIR

Yaxın günlərdə “Caspian Plaza” otelinin konfrans zalı fəaliyyətini dayanacaq.

Bu barədə məlumatı RATİ-yə otelin meneceri Elşən Süleymanov verib.
Onun sözlərinə görə, buna səbəb otelin həyətində tikiləcək avtomobil qarajı və konfrans zalının üst mərtəbəsində gedən təmir işləridir: “Təmir-tikinti işlərinin gedişi ilə bağlı səs-küy yaranır. Bu isə  konfransların  gedişatına mane olacaq. Buna görə də konfrans zalının fəaliyyətinin oktyabrın sonuna qədər dayandırılması haqqında qərara gəlmişik”.
Qeyd edək ki, artıq indiyə qədər bir neçə mətbuat mərkəzi təxminən eyni səbəbə görə fəaliyyətini dayandırıb. Yeri gəlmişkən, qeyd edək ki, 2008-ci il oktyabrın 15-də  Azərbaycanda prezident seçkiləridir. Bəzi analitiklər mətbuat mərkəzlərinin təmirə dayanmasını həm də seçkilərlə əlaqələndirirlər.

Previous Post

SÖZ AZADLIĞININ DURUMU İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

“AZADLIQ” QƏZETİ FOLKLORŞÜNASIN ŞƏRƏF VƏ LƏYAQƏTİNƏ TOXUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.