“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Bu gün (17 aprel) “Azadlıq” qəzetinin Gəncə üzrə bölgə müxbiri Ərşad İbrahimov həbs edilib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Ramiz Abdullayev verib.

Vəkilin bildirdiyinə görə jurnalist Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin (RPİ) əməliyyat istintaq şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib və ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 310-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə işi açılıb. Daha sonra Ə.İbrahimov Gəncə şəhər Nizami Rayon Məhkəməsinə aparılıb. Vəkilin sözlərinə görə, məhkəmədə jurnalist bildirib ki, o, stenokardiya xəstəliyindən əziyyət çəkir. Məhkəmədə hakimi Zəki Babayev işə baxaraq jurnalisti İXM-nin 310-cu maddəsi ilə təqsirli bilərək 10 gün müddətində  azadlıqdan məhrum edilib.
RATİ məsələ ilə əlaqədar Gəncə şəhəri Kəpəz RPİ-i ilə əlaqə saxlayıb. İdarənin özünü təqdim etməyən əməkdaşı onlarda bu barədə heç bir məlumatın olmadığını bildirərək dəstəyi  asıb.
Previous Post

MAHAL İSMAYILOĞLU BARƏDƏ İTTİHAM AKTI ELAN OLUNDU

Next Post

MÜBARİZ MƏSİMOĞLU-NUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.