MÜBARİZ MƏSİMOĞLU-NUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 aprel) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktor müavini Mübariz Məsimoğluna və vətəndaş Şakir Abbasova qarşı, Yasamal Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin (CM) 221.2  (xuliqanlıq) maddəsi ilə açılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə təqsirləndirilənlər Şakir Abbasov, Mübariz Məsimoğlu və onun vəkili Hidayət Rüstəmbəyli iştirak edirdi.
Məhkəmə prosesində Mübariz Məsimoğlunun vəsatəti əsasında ekspert Samir Mehdiyev ifadə verdi və ilkin istintaqda dediklərini yenidən təsdiqlədi.
Budan sonra prosesdə marşrut avtobusunda olan Abbas Abdula və "Azərbaycan" radiosunun xəbərlər departamentinin baş redaktoru Hüriyyət Məmmədov şahid qismində dindiriliblər. Onlar avtobusda münaqişə olmadığını bildirdilər.
Daha sonra M. Məsimoğlu şifahi vəsatət qaldıraraq, istintaq zamanı onu müdafiə etmək məqsədi ilə kimin tərəfindən tutulması məlum olunmayan vəkillər Tofiq Aslanov və Ramiz Mirzəyevin və Yasamal Rayon Polis İdarəsinin istintaq müstəntiqi Anar Məmmədovun məhkəməyə çağırılaraq dindirilməsini istəyib. Hakim Tahir İsmayılov isə vəsatətin ona yazılı şəkildə təqdim edilməsini bildirdi və növbəti məhkəmə prosesini 28 aprel saat 14:00- a təyin etdi.
Xatırladaq ki, 2008-ci ilin avqust ayında 218 saylı marşrut avtobusda "Korrupsiya və Cəmiyyət" jurnalının baş redaktorunun müavini Mübariz Məsimoğlu ilə M. Əsədova və E. Carçıyev arasında  mübahisə yaranıb və insidentlə bağlı Yasamal RPİ-nin istintaq şöbəsində  M. Məsimoğluna qarşı CM-nin 221.2  (xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılıb.
Previous Post

“AZADLIQ” QƏZETİNİN BÖLGƏ MÜXBİRİ HƏBS EDİLİB

Next Post

TƏLƏBƏ YAZDIĞI YAZIYA GÖRƏ UNİVERSİTETDƏN XARİC OLUNDUĞUNU İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.