“AZADLIQ” QƏZETİNİN BAŞ REDAKTORU QƏNİMƏT ZAHİD ƏFV FƏRMANI İLƏ AZADLIĞA ÇIXIR

Bu gün (17 mart) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid (Zahidov) əfv edilib.

“AzərTAc” informasiya agentliyinin məlumatında bildirilir ki, əfv sərəncamına əsasən 62 məhbus azadlığa buraxılır, həmçinin cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər əfv olunur. 7 nəfər isə cəzanın çəkilməmiş hissəsindən azad edilir. Fərmanla ömürlük azadlıqdan məhrum edilmiş 1 şəxsin cəzası 20 illik cəza ilə əvəz edilir. Əfv olunanlar arasında cərimə cəzasına məhkum edilmiş bir nəfər də var.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

AZƏRBAYCAN TELEKANALLARINDA APARICILARIN PEŞƏKARLIĞI İLƏ BAĞLI DEBAT KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.