“AZADLIQ” QƏZETİNİN KOLLEKTİVİ VƏ “BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI BEYNƏLXALQ MÜKAFATA LAYİQ GÖRÜLÜBLƏ

“Azadlıq” qəzetinin kollektivi və “Bizim Yol ” qəzetinin əməkdaşı Natiq Cavadlı “Şərqi Avropanın azad mətbuatı” mükafatına layiq görülüblər.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və mükafata layiq görülən jurnalist N. Cavadlı verib.
Bu mükafatın Almaniyanın Tsayt-Ştiftunq (ZEİT-Stiftunq) və Norveçin “Söz azadlığı” Fondunun dəstəyi ilə təsis olunduğunu bildirən A. Əhmədov, mükafatın verilməsini “Azadlıq” qəzetinin Şərqi Avropa və postsovet məkanında ən azad mətbuat olmasının sübutu olduğunu söylədi
Mükafata layiq görülən digər jurnalist N. Cavadlı isə ona təqdim edilən mükafatı Azərbaycan mətbuatına verilən dəstək kimi qiymətləndirdi.
Previous Post

BƏYANAT

Next Post

DAY.AZ TEXNİKİ SƏBƏBLƏRDƏN FƏALİYYƏTİNİ DAYANDIRDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.