“AZADLIQ” QƏZETİNİN İNTERNET SAYTI FƏALİYYƏTİNİ BƏRPA EDİB

“Azadlıq” qəzetinin internet saytı (www.azadliq.az) öz fəaliyyətini bərpa edib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş direktoru Azər Əhmədov verib. Onun sözlərinə görə, 2008-ci ildə iki dəfə xakerlər tərəfindən dağıdılmış sayt məhdud büccə ilə yenidən yaradılsa da çox fəaliyyət göstərə bilmədi.

Yenidən bərpa olunmuş saytın mükəmməl olmasa da üzərində iş getdiyini bildirən A. Əhmədov, növbəti iş həftəsində qəzetlərin çıxması ilə əlaqədar saytda xəbərlərin yenilənəcəyini və maddi imkanların yaxşılacağı təqdirdə saytın on-line xidmətinə keçəcəyini də söyləyib.

Previous Post

“NOVRUZ” MARAFONU BAŞA ÇATDI

Next Post

EYNULLA FƏTULLAYEV XÜSUSİ MƏRÜZƏÇINİN TƏYİN EDİLMƏSİNİ MÜSBƏT ADDIM HESAB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.