EYNULLA FƏTULLAYEV XÜSUSİ MƏRÜZƏÇINİN TƏYİN EDİLMƏSİNİ MÜSBƏT ADDIM HESAB EDİR

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi mərüzəçinin təyin edilməsi müsbət, lakin gecikmiş bir addımdır”.

Bu sözləri ailəsi ilə telefon əlaqəsi saxlayan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev deyib. Jurnalistin ailəsinə zəng etməsini barədə xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) atası Emin Fətullayev verib. Onun sözlərinə görə, baş redaktor səhhətinin normal olduğunu, saxlanılma şəraitindən, cəzaçəkmə müəssisəsinin rəhbərliyi və əməkdaşlarının ona qarşı olan münasibətindən heç bir şikayəti olmadığını bildirib.
Emin Fətullayev onu da bildirib ki, Eynulla Fətullayevə xarici ölkələrdən, onu dəstəkləyən beynəlxalq təşkilatlardan dəstək məktubları almaqda davam edir: “Bu məktublar arasında İngiltərənin Altrincham şəhərində yerləşən oğlanlar üçün orta məktəbindən (“Grammar School for boys”), Şotlandiyanın Dandi Universitetindən (University of Dundu) və  Hollandiyadan gəlmiş məktublar var”.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq  2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

“AZADLIQ” QƏZETİNİN İNTERNET SAYTI FƏALİYYƏTİNİ BƏRPA EDİB

Next Post

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARLA BAĞLI MƏRUZƏÇİ TƏYİN EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.