AZADLIQ QƏZETİNİN ƏMƏKDAŞI YENƏ İZLƏNİLİR

Ötən ilin martında naməlum şəxslərin hücumuna məruz qalan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi (Həziyev) yenidən izlənilir. Bu barədə bu gün (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  Seymur Həzi məlumat verib.

Onun sözlərinə görə, artıq bir neçə gündür ki, naməlum şəxslər onu izləyərək, arxasınca redaksiyaya qədər gəliblər: “Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətim yoxdur. Bundan əvvəl də izlənilmişəm, oğurlanmışam və bu barədə hüquq-mühafizə orqanları məlumatlı olublar. Oğurlanaraq döyülməyimlə bağlı ”araşdırma" da aparıblar. Lakin heç bir nəticəsi olmayıb. Ümumiyyətlə təcrübə göstərir ki, Azərbaycanda jurnalistlərlə bağlı cinayətlər açılmır. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətim yoxdur. Amma bu məsələ ilə maraqlanmaq istəsələr, ifadə verə bilərəm", – deyə bildirən jurnalist qeyd etdi ki, bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq İdarəsinə çağırılıb və idarənin rəisi Sərvər Mehrəliyevin qəbulunda olub. Rəis jurnalistə işi ilə bağlı suallar ünvanlayıb və  aparılan araşdırmaların davam etdiyini deyib.

Xatırladaq ki, “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzi 2011-ci il  martın 25-dən 26-na keçən gecə işdən evə qayıdarkən Ceyranbatan qəsəbəsində maskalı şəxslər tərəfindən oğurlanıb, döyülüb və sonra əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb.

Previous Post

MEDİANIN DURUMU İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.