MEDİANIN DURUMU İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Vətəndaş cəmiyyəti nümayəndələri və institutlarının  birləşdiyi İctimai Palata (İP)  mediaya mövcud basqılarla bağlı KİV nümayəndələrinin keçirmək istədikləri bütün tədbirlərə, o cümlədən etiraz aksiyalarına dəstək verəcək.

Bunu dünən  İP Koordinasiya Şurasının KİV-in durumu ilə bağlı təşkil etdiyi dəyirmi masada  Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd etdi.

O habelə Mətbuat Şurasının da fəaliyyətini tənqid etdi: “Bu qurumun ayrı-ayrı jurnalistləri və qəzetləri “qara siyahı”ya salmamalıdır. Əslində jurnalistləri öldürənlər, jurnalistlərin həbsinə sanksiya verən prokurorlar, onlara həbs hökmü oxuyan hakimlər qara siyahıya salınmalıdırlar”.                                                                                                     

AXCP sədri Əli Kərimli isə çıxışını əsasən beynəlxalq donor təşkilatların tənqidi üzərində qurdu. O hesab etdi ki, beynəlxalq donur təşkilatları medianın inkişafına o qədər də aidiyyatı olmayan layihələri maliyyələşdirirlər: “Biz onları müstəqil mətbəənin yaradılması, alternativ qəzet yayımı şəbəkəsinin yaradılmasını maliyyələşdirməyə təhrik etməliyik”.   

Dəyirmi masada çıxış edən “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab etdi ki, medianın durumu son günlər kritik həddə çatıb: “Hazırkı vəziyyət Elmar Hüseynovun ölümündən sonrakı vəziyyətə bənzəyir. Aparılan siyasət hakimiyyətin qoxutmaq və çərçivəyə salmaq istəyinə bənzəyir. Bu gün mətbuat xüsusilə “ Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə  qarşı dağıdıcı məhkəmə qərarları verilib.  Həmçinin Rafiq Tağının ölümü, Əvəz Zeynallının şərlənərək həbs edilməsi  mediaya olan basqının ciddi bir hissəsidir. Azərbaycanda real işləyən 120 çap orqanı var, amma onların gəlirləri yox səviyyəsindədir. Reklam bazarını yox ediblər. Qəzetlərin yayımına qadağaları isə günü-gündən sərtləşdirirlər. Yeni yaradılan köşklərdə qəzetdən başqa nə istəsən satırlar.  Bütün bunlardan çıxış yolu isə səfərbər olmaqdır. Siyasi partiyalar, QHT-lər, azad sözün tərafdarları, Mətbuat Şurasısı bu mübarizəyə cəlb olunmalıdır. Mətbuatın inkişafının konsepsiyası hazırlanmaldır”.

Habelə M.Əliyev bildirdi ki, hökumət  çirkli pulları yönəltməklə azad medianı sıradan çıxarıb: “Biz medianın maliyyə vəziyyəti ilə bağlı araşdırmalarımızı başa çatdırmaq üzrəyik. Yazın günlərdə bu hesabatı açıqlayacağıq. Amma indidən bəzi rəqəmlər məlumdur. Hökumət il ərzində ələ aldığı mediaya 40-50 milyon manat pul ayırır və bu yolla müstəqil mətbuatı da sıradan çixarır”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə olduqca çətin, maddi və mənəvi terror əhatəsində çalışdıqlarını qeyd etdi: “Hazırda mətbuata onun fəaliyyətinə qarşı məhdudlaşdırma proqramı işə salınıb. Cəmiyyətin demokratik kəsimləri, cəmiyyət özü güclü olanda bizə təzyiqlər az olur. Bu gün mətbuat uçuruma gedir. Elmar Hüseynovun ölümündən sonra mətbuata gənclərin axını dayanıb. Artıq valdeynlər övladlarının bu peşəyə yiyələnməsini istəmirlər”.
Jurnalist Əfqan Muxtarlı isə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının salamlarını toplantı iştirakçılarının diqqətinə çatdırdı. Habelə o Ə.Zeynallının şərlənərək həbs olunmağı və “Xural” qəzetinin fəaliyyətinin yasaq edildiyini bildirdi.
Jurnalist Şahvələd Çobanoğlu isə çıxışını əsasən qəzet yayımı üzərində qurdu. O bu istiqamətdə təhqiqat apardıqlarını və Azərbaycanda hər 1 milyon nəfərə hazırda 40-50 köşkün düşdüyünü, amma ABŞ-da hər milyom nəfərə  6000, Skandinaviya ölkələrində 1000, Rusiyada isə 330  qəzet köşkü düşdüyünü qeyd etdi.
Tədbirdə iştirak edən Mətbuat Şurasının nümayəndəsi Müşfiq Ələsgərli isə qeyd edilən problemlərin təmsil etdiyi qurumu da narahat etdiyini dedi: “Mətbuat Şurası qəzet yayımı sahəsində problemlə bağlı iki dəfə müzakirələr keçirib, bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Medianın digər problemləri də diqqətimizdədir və problemlərin həlli istiqamətində mümkün bütün imkanlardan istifadə edirik”.
Tədbirdə çıxış “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev isə hesab etdi ki, mediaya qarşı son təzyiqlərə qarşı ciddi etiraz olmalıdır.
Belə ki, tədbirdə R.Rifoğlu da mövcud problemlərlə bağlı  jurnalistlərin etiraz aksiyalarına başlayacaqlarını bildirdi. O bu etiraz aksiyalarına yaxın genlərdə strak veriləcəyini bildirdi.

 

 

Previous Post

ELAN!

Next Post

AZADLIQ QƏZETİNİN ƏMƏKDAŞI YENƏ İZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.