AZAY QULİYEV VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Bu gün (25 iyun) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin üzvləri və digər QHT nümayəndələri ilə “Park İNN” otelində görüş keçirib.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı aparılan müzakirədə VCMK üzvləri təkliflərlə çıxış ediblər. Sözügedən Qanuna dəyişikliklər layihəsinin Milli Məclisin iyunun 30-da keçiriləcək iclasının gündəliyindən çıxarılması, məsələ ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevlə görüşün təşkil olunması, mövcud Qanunun liberallaşdırılması və s. təkliflər irəli sürülüb.
Azay Quliyev bildirdi ki, təklif edilən Qanun dəyişikliyi ilə əlaqədar sədri olduğu QHT-lərə Dövlət Dəstəyi Şurası da yeni təklif paketi təqdim edib. O, tədbirdə verilən təklifləri Milli Məclis və digər aiddiyəti qurumlarda səsləndirəcəyinə də söz verdi.
Previous Post

AZƏR ƏHMƏDOVUN İDDİASI TƏMİN OLUNMAYIB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU OFİSİNDƏN ÇIXARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.