AZƏR ƏHMƏDOVUN İDDİASI TƏMİN OLUNMAYIB

Dünən (24 iyun) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun Milli Təhlükəsizlik Nazirliyinə, (MTN) Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı məlumat verib.
Vəkil bildirdi ki, hakim A.Hüseynov iddianı əsassız hesab edərək, qəbul olunmaması barədə qətnamə çıxarıb. F.Namazlı onu da vurğuladı ki, qərardan apellyasiya şikayəti veriləcək.
  Qeyd edək ki, iddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A.Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A.Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə kompensasiya ödənilməsini tələb edir.
Previous Post

MTRŞ-YƏ QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AZAY QULİYEV VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.