Azərbaycan məhkəməsi jurnalist Mehman Hüseynovu azad etmədi

October 2nd, 2017

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Mehman Hüseynovu onun işinə apellyasiya məhkəməsində yenidən baxılmalı olduğu kimi əsassız bəhanə ilə azadlığa buraxmaqdan imtina etdiyi üçün Azərbaycanın Ali Məhkəməsini qınayır.

Mehman Hüseynovun kassasiya şikayəti üzrə məhkəmə baxışına sədrlik edən Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sentyabrın 29-da iş üzrə cinayət tərkibinin olmaması səbəbindən cinayət icraatına tamamilə xitam vermək imkanı olsa da, yüksək məhkəmə instansiyasının hakimləri Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv edərək onu jurnalistin işinə yenidən baxmağa məcbur edib.

“Aydındır ki, Ali Məhkəmənin qərarı tanınmış “arzuolunmaz” jurnalist və hüquq müdafiəçisini mümkün qədər uzun müddətə həbsxanada saxlamağa çalışan ali icra hakimiyyətinin göstərişi ilə qəbul edilib”, deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. “İşi Apellyasiya Məhkəməsinə qaytarmaqla, hakimiyyət həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək ehtimalını gecikdirmək məqsədilə Mehman Hüseynovun işini qəsdən uzadır. Hakimiyyət digər tanınmış vicdan məhbusu – Respublikaçı Alternativ Hərəkatından müxalif prezidentliyə namizəd İlqar Məmmədovun işində də eyni gecikdirmə taktikasından istifadə edib. Mehman Hüseynovun taleyinə görə məsuliyyət şəxsən onun siyasi motivli həbsinə göstəriş verən prezident İlham Əliyevin üzərində düşür. Hazırkı reallığa əsasən, məhz İlham Əliyev siyasi iradə göstərərək öz sərt tənqidçisinin azad edilməsinə yönəlmiş addımlar atmalıdır”, deyə Emin Hüseynov fikrini tamamlayıb.

RATİ bir daha vurğulayır ki, Mehman Hüseynovu 9 yanvar 2017-ci ildə onu oğurlayıb işgəncə verən polislərə böhtan atmaqda ittiham etmək əvəzinə hakimiyyət yüksək çinli korrupsioner məmurlara qarşı mübarizəsi ilə tanınan Mehman Hüseynova qarşı sifarişli cəza tədbiri olan hədə-qorxu kampaniyasında iştirak etmiş polisləri cinayət məsuliyyətinə cəlb etməlidir.

RATİ bildirir ki, Azərbaycanda jurnalistlərə qarşı zorakılığa görə cəzasızlıq və siyasi motivli təzyiqlər güclənməkdə davam edir.

Məsələn, keçən həftə tanınmış jurnalist və teleaparıcı Turan İbrahimovun canlı yayımda korrupsiya barədə və biznesinin qanunsuz ələ keçirilməsi məqsədilə bir sahibkarın yüksək vəzifəli məmurlar tərəfindən təqibə məruz qalması haqqında cəsarətli çıxışından sonra ATV telekanalından onlarla jurnalist nümayişkəranə şəkildə işdən çıxarılıb.
Dünən baş vermiş daha bir hiddətləndirici zorakılıq hadisəsi zamanı isə, tanınmış müstəqil reportyor İslam Şıxəli Aşura günü kütləvi dini mərasimi lentə almağa cəhd etdiyi üçün bölgə polisi tərəfindən tutularaq amansızlıqla döyülüb.

RATİ Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə Azərbaycan rəhbərliyinin görüşündən sonra Azərbaycan hakimiyyəti tərəfindən internetdə senzuranın sərtləşdiriləcəyindən ciddi narahatlıq keçirir. Ötən həftə Bakıda keçirilmiş görüşlərdə Rusiya və Azərbaycan tərəfdən xüsusi xidmət orqanlarının nümayəndələri və informasiya texnologiyalarının inkişafı üzrə cavabdeh olan yüksək vəzifəli şəxslər iştirak edərək təcrübə mübadiləsi aparıb və gələcəkdə birgə məhdudlaşdırıcı və çəkindirici tədbirlərin tətbiqi barədə planları müzakirə ediblər.

RATİ Azərbaycan hakimiyyətini söz azadlığına qarşı bütün hücumları dayandırmağa və jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, Məhbub Zülfüqarlı , Ziya Əsədli və Ərşad İbrahimovu, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, habelə qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal azalığa buraxmağa çağırır.

RATİ Birləşmiş Ştatlar və Avropa Birliyinin simasında Azərbaycanın ən mühüm Qərb tərəfdaşlarını Azərbaycanda fundamental insan hüquqları və demokratiyanın müdafiəsində daha prinsipial mövqe nümayiş etdirməyə və kobud hüquq pozuntularına görə birbaşa və ya dolayı olaraq məsuliyyət daşıyan yüksək vəzifəli Azərbaycan rəsmilərinə və onların ailə üzvlərinə qarşı sərt sanksiyalar tətbiq etməyə çağırır.

Азербайджанский суд не освободил журналиста Мехмана Гусейнова

Институт Свободы и Безопасности Репортеров осуждает Верховный Суд Азербайджана за отказ в освобождении журналиста Мехмана Гусейнова из за необоснованного предлога в необходимости повторного рассмотрения дела в апелляционном суде.
Несмотря на то что 29 сентября судья Верховного суда Али Сейфалиев под председательством которого проходило рассмотрение кассационной жалобы Мехмана Гусейнова мог вовсе прекратить уголовное производство из за отсутствия состава преступления в деле, судьи высшей судебной инстанции решили частично отменить решение Апелляционного суда обязав его заново рассмотреть дело журналиста.

«Очевидно что решение Верховного Суда принято под диктовку верховной исполнительной власти которое пытается максимально долго удержать не угодного им известного журналиста и правозащитника в тюрьме – заявил исполнительной директор ИСБР Эмин Гусейнов. Возвращая дело обратно в Апелляционный суд власти также преднамеренно затягивают дело Мехмана Гусейнова с тем чтобы замедлить возможность обращения в Европейский Суд по правам человека. Такую же тактику затягивания власти использовали по делу другого известного узника совести оппозиционного кандидата в президенты от движения «Республиканская Альтернатива» Ильгара Мамедова. Ответственность за судьбу Мехмана Гусейнова лежит лично на президенте Ильхаме Алиеве по заказу которого был осуществлён политически мотивированный арест , исходя из данной реальности именно Алиев должен проявить политическую волю и предпринять действия направленные на освобождение своего ярого критика» – подытожил Эмин Гусейнов.

ИСБР в очередной раз подчёркивает что вместо того чтобы обвинять Мехмана Гусейнова в клевете против полиции , которая незаконно его выкрала и пытала 9 января 2017 года , властям следовало бы привлечь к уголовной ответственности полицейских учувствовавших в заказной карательной акции устрашения против известного борца к высокопоставленными коррупционерами , каковым является Мехман Гусейнов.

ИСБР констатирует что безнаказанность за насилие и политически мотивированные преследования по отношению к журналистам в Азербайджане продолжает усилиться по нарастающей.

Так к примеру на прошлой неделе показательному массовому увольнению подвергли десятки журналистов с телеканала АТВ после того как известный журналист и телеведущий Туран Ибрагимов отважился заговорить в прямом эфире о коррупции и преследовании предпринимателя со стороны высокопоставленных чиновников с целью рейдерского захвата бизнеса.
В свою очередь другой вопиющий случай насилия произошёл вчера когда известный репортер фрилансер Ислам Щихали был задержан региональной полицией и жестоко избит за попытку освещения массовой религиозного церемонии в день поминовения Ашура.

Наиболее серьёзную тревогу у ИСБР вызывает ожидаемое ужесточением цензуры властей Азербайджана в интернете , которую следует ожидать после встречи между руководством Азербайджана и секретарем Совета Безопасности России Николаем Патрушевым. На встречах прошедшей в конце прошлой недели в Баку как с российской так и азербайджанской стороны участвовали представители спецслужб и высокопоставленные чиновники ответственные за развитие информационных технологий которые обменивались опытом и планами касательно совестной ограничительной и сдерживающей деятельности в будущем.

ИСБР призывает власти Азербайджана прекратить все атаки на свободу слова и немедленно освободить журналистов , Мехмана Гусейнова Афгана Мухтарлы, Сеймура Хези, Азиза Оруджева, Ниджата  Алиева, Араза Гулиева, Фикрета Ибишбейли, Афгана Садыхова, Эльчина Исмаиллы , Джавида Ширалиева, Махбуба Зульфугарлы, Зию Асадли и Арщада Ибрагимова , блогеров Рашада Рамазанова и Илькина Рустамзаде , писателей Садая Шакарли  и Тофика Гасанова а также графити активистов Гияса Ибрагимова и Байрама Мамедова.

ИСБР призывает наиболее значимых западных партнеров Азербайджана лице США и Евросоюза проявить более жесткую принципиальность в защите фундаментальных прав человека и демократии в Азербайджане и начать применение жестких санкционных мер по отношению в высокопоставленным азербайджанским чиновникам и членам их семей которые прямо или косвенно ответственны за вопиющие нарушения.