RATİ-nin “Azadlıq” qəzetinin müxbiri Elçin İsmayıllıya qarşı çıxarılmış hökmlə bağlı bəyanatı

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin regional müxbiri Elçin İsmayıllıya qarşı çıxarılmış növbəti siyasi motivli və sifarişli məhkəmə qərarına görə Azərbaycan hakimiyyətini qınayır və jurnalistin dərhal azad edilməsini tələb edir.

Məhkəmə araşdırması zamanı və istintaq materiallarında jurnalistə qarşı irəli sürülmüş hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ittihamlarını əsaslandıran heç bir sübuta rast gəlinməmişdir. Əksinə, ölkənin aparıcı xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizlik Xidmətinin dövlət məmurundan 600 dollar rüşvət almaqda ittiham olunan jurnalistin həbsindəki tamamilə əsassız iştirakı müxalif jurnalistin həbsinin arxasında aşkar siyasi motivin olmasını sübuta yetirir. 18 sentyabr 2017-ci il tarixində, Şəki Rayon Məhkəməsi təqsirinə dair hər hansı bir sübut mövcud olmadan jurnalisti əsassız olaraq ağır cinayətlərə görə tətbiq olunan 9 il müddətinə həbs cəzasına məhkum edib.

“Elçin İsmayıllıya qarşı çıxarılan bu növbəti siyasi motivli hökm ilə hakimiyyət dolayı olaraq tənqidi fikirli jurnalistləri hər vəchlə təzyiq altında saxlamaq niyyətində olduğunu bildirir,” deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib. “Jurnalist və hüquq müdafiəçilərini vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və rüşvət tələb etmə kimi absurd cinayətlərdə ittiham etməklə, hakimiyyət qəsdən onları yerli və beynəlxalq ictimaiyyətin gözündən salmağa çalışır. Dünən Apellyasiya Məhkəməsi digər bir jurnalist Fikrət İbişbəyliyə qarşı birinci instansiya məhkəməsinin analoji diskreditasiya edici və sübut olunmamış ittihamlar əsasında çıxardığı 7 illik həbs cəzasını qüvvədə saxlayıb. Bu tendensiya onu göstərir ki, hakimiyyət son 10 ildə jurnalistləri arxasında Azərbaycanın ali siyasi rəhbərliyinin durduğu geniş miqyaslı korrupsiya və mütəşəkkil cinayətkarlıq barədə səssiz qalmağa məcbur etmək üçün onlara qarşı qəsdən oxşar nüfuzdansalıcı və absurd ittihamlardan istifadə edib və gələcəkdə də edəcək,” deyə Hüseynov fikrini tamamlayıb.

RATİ Azərbaycan hakimiyyətini jurnalistlər Əfqan Muxtarlı, Mehman Hüseynov, Seymur Həzi, Əziz Orucov, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, Məhbub Zülfüqarlı, Ziya Əsədli və Ərşad İbrahimovu, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Saday Şəkərli və Tofiq Həsənovu, eləcə də qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu azadlığa buraxmağa və öz tənqidçilərini həbs etmək təcrübəsinə son qoymağa çağırır.

RATİ Avropa Şurası, ATƏT və Avropa Birliyinə üzv dövlətləri Azərbaycan hakimiyyətindən Azərbaycanın müvafiq öhdəliklərinə riayət etməklə tənqidçilərə qarşı repressiyanın dayandırılmasını tələb etməyə çağırır.
RATİ həmçinin Qərb demokratiyalarını insan hüquqlarını ən sərt şəkildə pozan şəxslərə və onların ailə üzvlərinə qarşı fərdi sanksiyalar tətbiq etməyə çağırır.

Заявление ИСБР по Приговору журналисту газеты Азадлыг Эльчину Имаиллы

Институт Свободы и Безопасности Репортеров осуждает власти Азербайджана за очередной политически мотивированный заказной приговор региональному журналисту газеты Азадлыг Эльчину Исамиллы и требует его немедленного освобождения.

Судебные расследование и материалы следствия не предъявили доказательств инкриминируемых журналисту обвинений в вымогательстве денег злоупотребление должностью получение взятки, напротив очевидным политическим мотивом ареста оппозиционного журналиста является ничем неоправданное участие ведущей спецслужбы Службы Государственной Безопасности Азербайджана в задержании журналиста которому инкриминируется вымогательство взятки в размере 600 долларов у госчиновника. Без каких либо доказательств вины Шекинский районный суд 18 сентября 2017 года приговорили журналиста к неоправданно долгому сроку 9 годам тюрьмы к которому на практике приговаривают за серьезные тяжкие преступления.

«Очередным политически мотивированным приговором журналисту Эльчину Исамиллы власти косвенно дают понять что намерены всячески держать под прессингом критически настроенных журналистов заявил исполнительный директор Эмин Гусейнов. Обвиняя журналистов и правозащитников в таких нелепых преступлениях как уклонение от уплаты налогов превышение служебных полномочий вымогательство взяток власти целенаправленно хотят дискредитировать их в лице местного и международной ответственности. Вчера за аналогичные дискредитирующие и ни чем не доказанные обвинения Апеляционный суд оставил в силе по делу другого журналиста Фикрета Ибишбейли которого суд первой инстанции приговорил к 7 годам тюрьмы. Данная тенденция указывает на то что, власти на протяжении последних 10 лет целенаправленно использовали и будут использовать в будущем аналогичные дискредитирующие абсурдные обвинения против журналистов с тем чтобы заставить их умалчивать о широкой масштабной коррупции и организованной преступности за которой стоит высшее политическое руководство Азербайджана» подытожил Гусейнов.

ИСБР призывает власти Азербайджана освободить из тюрем журналистов Афгана Мухтарлы, Мехмана Гусейнова, Сеймура Хези, Азиза Оруджева, Ниджата Алиева, Араза Гулиева, Фикрета Ибишбейли, Афгана Садыхова, Эльчина Исмаиллы , Джавида Ширалиева, Махбуба Зульфугарлы, Зию Асадли и Арщада Ибрагимова , блогеров Рашада Рамазанова и Илькина Рустамзаде , писателей Садая Шакарли и Тофика Гасанова а также графити активистов Гияса Ибрагимова и Байрама Мамедова и призывает покончить с практикой арестов своих критиков.

ИСБР призывает страны члены Совета Европы и ОБСЕ и Евросоюза потребовать от властей Азербайджана соблюдать соответствующие обязательств Азербайджана прекратить репрессии против своих критиков.
ИСБР также призывает западное сообщество начать применение индивидуальных санкций против самых ярых нарушителей прав человека и членов их семей.

Previous Post

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı: Azərbaycan hakimiyyəti bütün jurnalistləri azad etməlidir

Next Post

Azərbaycan məhkəməsi jurnalist Mehman Hüseynovu azad etmədi

Start typing to see posts you are looking for.