AZƏRBAYCAN ÜZRƏ BEYNƏLXALQ TƏRƏFDAŞLIQ QRUPUNUN BƏYANATI

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (ABTQ) Avropa Şurasının Parlament Assembleyasının Strasburqda keçirilən sessiyasından bəyanat yayıb. ABTQ nümayəndə heyəti (ARTİKL 19, İnsan Hüquqları Evi Fondu, Senzura İndeksi və RATİ-dən ibarət) Avropa Şurasını və AŞPA-nı  Azərbaycanın AŞ öhdəliklərini yerinə yetirməsinin monitorinqini gücləndirməyə və Azərbaycanı ifadə azarlığı vəziyyətinin pisləşməsi fonunda məsuliyyətli olmağa   çağırır.

Orta Şərq və Şimali Afrikada baş verən demokratik hərəkatlardan ruhlanaraq həyata keçirilən etiraz dalğaları onlarla bloggerin, jurnalistin, vətəndaş cəmiyyəti fəallarının və müxalif siyasi partiya üzvlərinin təzyiqlərlə üzləşməsi, həbs edilməsi və döyülməsi ilə nəticələndi. Azərbaycan hakimiyyəti narahatedici daha bir addım ataraq, Azərbaycandan kənarda, Strasburqda yaşayan blogger  Elnur Məcidliyə qarşı cinayət ittihamları irəli sürdü. “Facebook” səhifəsi vasitəsilə etirazların təşkil olunmasında iştirak edən Məcidliyə qarşı qarşıdurma ittihamı ilə cinayət işi qaldırılıb.

            “Azərbaycanda insan hüquqları vəziyyəti kritik həddə çatıb. Biz demək olar ki, hər gün ifadə və toplaşma azadlığı hüquqlarını həyata keçirməklə əlaqədar olaraq, bloggerlər, jurnalistlər və digərlərinə qarşı qanun pozuntuları barədə məlumatlar alırıq. Belə bir sual ortaya çıxır: daha neçə nəfər həbs olunmalı və ya döyülməlidir ki, Avropa Şurası Üzv Dövləti məsuliyyətini  dərk edən addımlar atsın? Avropa Şurasına etimad məhz belə idarəetmədən asılıdır,”  –  deyə ARTİKL 19 təşkilatının İcraçı Direktoru Anye Kalamaar bildirib.

ABTQ-nu narahat edən sahələrə daxildir: etirazlarla əlaqədar olaraq, bloqqerlərin və fəalların həbs olunması (onlardan bəziləri siyasi motivli ittihamlarla uzunmüddətli həbslə üzləşə bilər); demokratiya və insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lər üzərində təzyiqlərin artması, o cümlədən Azərbaycan İnsan Hüquqları Evinin bağlanması; hakimiyyəti tənqid etmələri ilə əlaqədar iki jurnalistin oğurlanıb döyülməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq, jurnalist Eynulla Fətullayevin  həbsdə saxlanması.

“Planlaşdırılan etiraz mitinqlərindən əvvəl belə həbslərin həyata keçirilməsi bizi dərindən narahat edir, bu o deməkdir ki, hakimiyyət insanları hətta ifadə azadlığı hüququnu həyata keçirməyə başlamadan susdurmağa çalışır,” –  deyə RATİ sədri Emin Hüseynov bildirib.

Previous Post

“AZADLIQ” QƏZETİNİN TƏZYİQƏ MƏRUZ QALMIŞ ƏMƏKDAŞI POLİSDƏ DİNDİRİLİB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİ VİDADİ İSGƏNDƏROV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.