“AZADLIQ” QƏZETİNİN TƏZYİQƏ MƏRUZ QALMIŞ ƏMƏKDAŞI POLİSDƏ DİNDİRİLİB

Aprelin 11-də  “Azadlıq” qəzetinin müxbiri Ramin Deko  Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə  çağırılıb. Bu barədə RATİ-yə Ramin Dekonun özü məlumat verib. Jurnalistin sözlərinə görə, onu oğurlanması və bir gün sonra döyülməsi  ilə bağlı yenidən dindiriblər:

“Müstəntiq Fəxri Babazadə, Daxili İşlər Nazirliyinin  əməliyyat aparatının rəhbəri Nadir Məmmədov və  Daxili İşlər Nazirliyinin   əməkdaşı Seymur Səfərov mənimlə hadisə yerinə gedərək, hadisə yerinə baxış keçirdilər”, –  deyə bildirən jurnalist daha sonra Bakı Şəhər baş Polis İdarəsinə getdiyini və 2 aprel mitinqi ilə bağlı sorğu-sual edildiyini də bildirdi.

Xatırladaq ki, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko  aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmış, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalmışdır.

Qeyd edək ki, bu hadisədən  bir neçə gün əvvəl “Azadlıq” qəzetinin siyasi şərhçisi Seymur Həziyev də naməlum şəxslər tərəfindən oğurlanılaraq işgəncələrə məruz qoyulmuşdu.

 

Previous Post

JURNALİSTİN İŞTİRAKI OLMADAN BARƏSİNDƏ QƏRAR ÇIXARILIB

Next Post

AZƏRBAYCAN ÜZRƏ BEYNƏLXALQ TƏRƏFDAŞLIQ QRUPUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.