AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİ “HƏSƏN BƏY ZƏRDABİ” MÜKAFATINI TƏQDİM EDİB

Bu gün (21 iyul) Azərbaycan Media Mərkəzində Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə bir neçə jurnalisti “Həsən bəy Zərdabi” mükafatı ilə təltif edib.

Mükafata “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Azərbaycan” radiosunun əməkdaşı Hikmət Nuriyev, “Üç nöqtə” qəzetinin əməkdaşı Pünhan Əfəndiyev,  Azərbaycan Jurnalistlər Birliyinin üzvləri – Rafiq Oday və Mirələkbər Ağayev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və AzTV-nin əməkdaşı Fəturə Nəbiyeva layiq bilinib.

 

 Mərasimdə Azərbaycan Jurnalistlər Birliyinin  rəhbəri Elçin Şıxlı qeyd edib ki, Azərbaycan mətbuatı yubileyini nailiyyətlərlə yanaşı, həm də problemlərlə qarşılayır. Bu, mətbuat azadlığı, peşəkarlıq və sairə  ilə bağlıdır. O, qeyd edib ki, gənc qüvvələrin mətbuata gəlişi ilə mövcud problemlər də aradan qaldırılacaq.

 

Previous Post

JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ ELAN OLUNUB

Next Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN PROQRAM KOORDİNATORU BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.